• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

İri sinəli xanımlara lazımlı məsləhətlər

İri sinəli xanımlara lazımlı məsləhətlər

Daha kiçik və ya böyük büstqalterin istifadəsi həm sağlamlığa zərərlidir, həm də sinəni pis göstərir. Əgər bədən ölçünüzü bilmirsinizsə, alt paltarları satan mağazada bədəninizi ölçdürün. Bundan başqa, sinələri kiçik göstərən büstqalter də satılır.

İri sinəni balaca göstərmək mümkündür. Lakin buna görə kompleksə düşmək lazım deyil. Hər şeyi olduğu kimi qəbul etmək, özü ilə barışmaq və səhvlərdən şikayət etmək əvəzinə, onların düzəlməsi üçün çalışmaq tələb olunur.

Qamətinizi düzgün saxlayın və özünüzə güvənin. Özünüzə güvənsəniz, insanlar sizin sinənin böyüklüyünə deyil, sizin geyiminizə, ya qüsursuz stlinizə diqqət edəcəklər.

Böyük sinəli xanımsınızsa, diqqəti sinələrinizdən başqa bölgələrə çəkmək üçün üst hissəyə daha sadə, düz rəngli bluzlar seçməlisiniz. Dərin V yaxa köynəklər yerinə, çiyinləri açıqda buraxan köynəklər geyinin. Bu iri sinəli xanımlar üçün ən ideal modellərdir. Gövdənizi uzun göstərəcək paltarlar seçməlisiniz.

Qulağınıza böyük sırğalar taxsanız, diqqəti sinələrdən yayındırmış olacaqsınız. Qalın kəmərlərdən birmənalı şəkildə uzaq dayanmalısınız. Çünki qalın kəmərlər sinələrin daha da böyük görünməsinə səbəb olur.

Dar bluzlar geyməyin. Düymələri az qalsın partlayacaq kimi görünən və çox dar paltarlar iri sinəli xanımları vulqar göstərir. Çox dar bluzlar böyük sinəlilər üçün uğursuz seçimdir.

Ətək ya da şalvarları naxışlı modellərdən seçməlisiniz. Beləcə gözlər sinələrə deyil, aşağı tərəfə yönəlir.

Sinələri kip tutan, kiçik göstərən və içi süngərsiz büstqalterlər alın.

Paltarlar bütöv geyim olduğu üçün qüsurları örtməkdə ən ideal variantdır. V yaxalıqlı ancaq bütün diqqəti dekolteyə çəkməyən paltarlar alın. V yaxa köynəklər və jiletlər sinələrinizi daha kiçik göstərərlər.

Tünd rənglərə üstünlük verin. Tünd rənglər həm daha zəif, həm də sinəni daha kiçik göstərir.

Sinə məşqləri edin. Ağırlıq qaldırmaq, jim etmək sinə əzələlərinizi sıxlaşdıraraq onların daha kiçik görünmələrini təmin edəcək.

Uzun boyunbağılar almayın. Uzun boyunbağılar bütün diqqəti sinəyə yönəldir.

Çox açıq yaxa bluzlar sinələrinizi olduqlarından da böyük göstərirlər.

Əyninizə yaxşı oturan paltarlar alın. Çox dar və ya çox bol paltarlar geyinməyin.

Vodolazkalar iri sinəli xanımların düşmənidir.

Büstqalter almazdan əvvəl bədən ölçünüzə uyğun olduğundan əmin olun.

İdman büsqalterləri də iri sinəli xanımlar üçün əlverişli modeldir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR