XX əsrin ən cazibədar və ibrətamiz dəb ilahəsi - Fotolar
Bizi izləyin

Tabloid.az

XX əsrin ən cazibədar və ibrətamiz dəb ilahəsi - Fotolar

Ordi Hepbern illərdir ki, kişilər də, qadınlar da heyrandır

Qadın gözəllik simvoludur! Nahaq yerə qadın ilahi gözəllik hesab edilmir və ən yaxşı gözəllik simvolu olan qadınlar heç də təsadüfən ilahə adlandırılmır. Kişiləri özünə heyran qoyaraq əsir edən ən böyük gözəllik də məhz qadın gözəlliyidir. Dünyanı fəth edən ən böyük sərkərdələr, ən qüdrətli kişilər də çox vaxt bir qadın qəlbini fəth etməkdə aciz qalır. Qadın özü qeyri-müəyyən xarakterə malik olub çox vaxt nə istədiyini bilmədiyi kimi, gözəlliyi də qəliz və həssas məsələdir. Bunu zövqlə də əlaqələndirmək olar. Yəni, birinin bəyənmədiyi qadına digəri məftun ola bilər. Amma illərdir ki, kişilər də, qadınlar da cazibədar aktrisa Ordi Hepbernə heyranıdır.

Əfsanəvi aktrisa təkcə gözəlliyi ilə dillərə dastan olmayaıb, həm də qüsursuz obrazı ilə seçilirdi. Odur ki, illər keçsə də, stil ikonası kimi öz aktuallaığını saxlaya bilib. Onun stili hələ də xanımları və dizayneləri yeni obrazlar yaratmağa ruhlandırır. Ondan gözəl ilham pərisi təsəvür edə bilmirəm...

XX əsrin ən ibrətamiz dəb ilahəsi Odri Hepbren maskulin tərzində geyinsə də, öz xanımlığını itirmirdi. Hər zaman zərif və şıq stilləri ilə diqqət mərkəzində olurdu. Xüsusilə, Avropa dəbinə zərifliyi ilə sadəlik və rahatlıq gətirə bildi. Məncə, öz individuallığınızı qoruyaraq onun stilni təkraralmaq üçün heç zaman gec deyil. Tabloid.az Odri Hepbren kimi görünmək istəyən, onun tərzini bəyənən xanımlar üçün çox şıq stil təklifləri hazırlayıb.

Odri Hepbrun hətta o qədər cazibədar qadın idi ki, “Bir Jerry Maguire” filmində sevgilisinin üzərindəki qara və eleqant paltarı görən aktyorun reaksiyası belə olub: "Bu bir paltar deyil, bu Odri Hepbren filmidir.

Odri Hepbernin stillərini təqdim etməzdən əvvəl gözəllik sirlərini və onu sevdirən məqamları təqdim edirik:

Əminəm ki, Odri Hepbren illərdir ki, gözəllik etalonu olmasının sirri hamınıza maraqlıdır. Onun gözəllik ritualları olduqca bəsit və gözlənilməzdir. Qalın qaş formasının dəbə minməsi də onun adı ilə bağlıdır. Qadınların çoxu onun retro stili ilə yanaşı, qalın qaş modelini də bəyənir və təqlid edirdilər. Aktrisanın gözəlliklə bağlı suallara cavabları isə belə olub:

  • Gözəl və cazibədar dodaqlara sahib olmaq istəyirsinizsə, dilinizin altına qənd qoyun, şirin sözdən başqa heç nə tələffüz etməyin.
  • Gözlərinizin gözəl olmağını istəyirsinizsə, gözəl insanlrla ünsiyyətdə olun və yaxşı dostlar qazanın.
  • İdeal bədən ölçülərinə sahib olmaq və həmişə incə görünmək istəyirsinizsə, yeməyinizi kasıb və yoxsullarla paylaşın.
  • Saçlarınızın yumşaq və gözəl olmağını istəyirsinizsə, uşaqların gündə ən azı bir dəfə saçlarınızla oymağına icazə verin.
  • Hər zaman cazibədar və çəkici görünmək istəyirsinizsə, evdən çıxmazdan əvvəl təvazökarlığınızı da özünüzlə götürün.
  • İnsanların da əlimizin altındakı əşyalar kimi, hətta onlardan çox yenilənməyə, diqqət görməyə ehtiyacları var. Heç bir insanı özümüzə lazım olmadığına görə, rədd etməyə haqqımız yoxdur.
  • Dar gündə dosta ehtiyacınız olduğu zaman bu qaydanı xatırlayın: öz çiyninizdən qolunuza doğru göz gəzdirin, dirsəyinizə və biləyinizə çatdıqda orada bir yardım əli tapacaqsınız.
  • Bir qadının gözəlliyi bahalı geyim və bədən quruluşu ilə ölçülmür. Bir qadının gözəlliyi gözlərindən oxunmalıdır. Çünki gözlər qəlbə, yəni, eşqin yaşadığı ölkəyə gedən qapıdır.
  • Bir qadının gözəlliyi üzündəki xallardan deyil, daxilində bəslədiyi ruhundan qaynaqlanır.
Oxumağa davam et
Reklam
Reklam

Gündəm