Daha bir aktrisa botoks qurbanına çevrildi – Fotolar
Bizi izləyin

Tabloid.az

Daha bir aktrisa botoks qurbanına çevrildi – Fotolar

Hollivudun ən gözəl aktrisalarından olan Uma Turman son görüntüsü ilə hər kəsi təəccübləndirib

Hollivudun ən gözəl aktrisalarından olan Uma Turman son görüntüsü ilə hər kəsi təəccübləndirib. Rol aldığı “The Slap on Monday” adlı serialın Nyu Yorkda baş tutan qala gecəsində iştirak edən Umanı tanımaq mümkün olmayıb. Hətta fotoqraflar belə gözəl ulduzu tanımaqda çətinlik çəkiblər. Buna gözəl aktrisanın üz quruluşunun tamamilə dəyişməsi səbəb olub.

Mütəxəssislər Uma Turmanın üzündəki dəyişikliyin botoksdan qaynaqlandığını bildiriblər. Aktrisanın pərəstişkarları onun Rene Zelverqerin həkiminə müraciət etməsindən şübhələnirlər. Belə ki. ötən ilin son aylarında Rene Zelverqer də botoks qurbanı olmuş və üzü tanınmaz hala düşmüşdü.

Hər zaman gözəlliyi ilə göz qamaşdıran aktrisanın niyə botoksa müraciət etdiyini heç kim bilmir.

Tabloid.az Umanın botoksdan öncəki və sonrakı görüntülərini təqdim edir:

Uma Turman 2014-cü il – BAFTA mərasimində

Oxumağa davam et
Reklam
Reklam

Gündəm