“Bozun 50 çaları” haqqında maraqlı faktlar – Fotolar, Video
Bizi izləyin

Tabloid.az

“Bozun 50 çaları” haqqında maraqlı faktlar – Fotolar, Video

“Bozun 50 çaları haqqında maraqlı faktlar – Fotolar, Video

Dünyanın 52 dilinə tərcümə olunan və 100 milyon nüsxəsi satılan “Bozun 50 çaları” kitabı əsasında çəkilən filmin premyerası sabah baş tutacaq.

Erotik bestseller haqqında film çəkiləcəyi xəbəri təkcə kitabın çılğın pərəstişkarı arasında deyil, mediada da gözlənilən ajiotaj doğurur. Bəli, söhbət sabah şəhərimizin bütün kinoteatrlarında ilk dəfə nümayiş olunan “Bozun 50 çaları” filmindən gedir.

Bu film haqqında xəbərlər çıxan kimi hər kəs həsrətlə filmin premyerasının nə vaxt olacağı ilə maraqlanmağa və günləri saymağa başlayır. Şəhərin kinoteatrlarında artıq bütün biletlərin satılması da təəccüblü hal deyil.

Hər kəs maraqla son dərəcə heyrətləndirici uğura imza atmış kitabın ekranlaşdırılmış versiyasının necə olacağını gözləyir. Lakin film hələ ekranlara çıxmamış tənqidlərə məruz qalır. Hətta filmə baxıb zövq almaq əvəzinə, istehza ilə “evdar qadınlar” üçün porno film deyənlər də az deyil.

Filmin qısa məzmunu

"Bozun əlli çaları" (Fifty Shades of Grey) - İngiltərə yazıçısı Erika Ceymsin (əsl adı Erika Leonarddır) trilogiyasından birinci kitabdır. Son illərin ən çox oxunan erotik romanı kimi tanınır. Hazırda dünyanın bir çox ölkələrində satış rekordları qıran bu əsəri bir çox tənqidçilər "analar üçün porno" adlandırıblar.

Erotik məzmunlu "Bozun əlli çaları" 22 yaşlı universitet məzunu Anasteyşa Stilin hekayətidir. Təsadüfən 27 yaşlı biznes-maqnat Kristian Qreydən müsahibə almağa yollanan qız az sonra mürəkkəb intim münasibətlərə cəlb olunur. Milyonçu Kristian Qreylə kollec məzunu Anateyşa Stil arasında intim münasibətdən bəhs edilir. Oğlan zorakı seks hərisidir, qızsa bunu müticəsinə qəbul edir.

Bəyəndiyi yaraşıqlı kişini sadomazoxist meyillərdən uzaqlaşdırmağa çalışan Anasteyşa Stil tədricən onun seksual köləsinə çevrilir, lakin daha sonra normal eşq istəyi onu bu əsarətdən qurtulmağa sövq edir.

Pornoqrafiyaya qarşı mübarizə aparan “Morality in Media” (Mediada əxlaq) qrupu filmin yaradıcı heyətini mekodramatik sevgi pərdəsi altında seksual zorakılığı adi bir şey kimi təqdim etməkdə, əslində təbliğ etməkdə günahlandırıb. Bu təşkilat bildirir ki, filmə baxmaq üçün növbəyə duran qadınlar çətin ki, şallaq, zəncir və işgəncələrdən, kişinin qadını alçaltmasından nəsə xeyirli, ilhamverici bir şey əxz edə bilsinlər.

Təşkilat bu trilogiya haqqında ilk kitabın 2011-ci ildə nəşr edilməsindən sonra da narahatlığını bildirmişdi.

Tabloid.az bu günlərin əsas mövzusu olan filmin çəkiliş prosesi haqqında daha çox öyrənməyi təklif edir.

Filmin ekranlaşdırılmasını əvvəlcə Co Raytaya tapşırmaq istəyirdilər. Amma ingilis rejissoru həmin vaxt artıq "Peni" çəkilişinə imza atmışdı. Rejissor kreslosunun digər namizədləri arasında Stiven Soderberq, Bennet, Miller və Bill Kondonun adı çəkilirdi. Sonda isə Sem Teylor-Consun üzərində dayanırlar. Onun namizədliyinin təsdiqlənməsi üçün prodüserlərə düz bir gün lazım oldu.

"Seks qaydaları" və "Amerika psixopatı" romanlarını ekranlaşdıran amerikalı Bret İston Ellis ssenariyə girişmək istədiyini bildirir. Amma kinostudiya “Mister Beknsin xilas” filminin ssenarisini yazan naşı ingilis yazıçısı Kelli Marselə üstünlük verir.

Filmin rejissoru artıq təyin olunsa da, hansı aktyorların çəkiləcəyi naməlum olaraq qalırdı. Kinostudiya aktyor axtarışında olan vaxtda rejissorun filmdəki sarışın Qrey roluna öz həyat yoldaşı Ааrona Teylor-Consonu (aktyor həyat yoldaşından 23 yaş kiçikdir) çəkmək istədiyinə dair şayiələr yayılır. Üstəlik, KİV bu ideyanı dəstəkləyirdi. Rayan Qoslinq və Qarrett Xedlund Kristiana Qrey rolunu oynamaqdan imtina etdiyi bir vaxtda Yen Somerxolder və Çeys Krouford bu filmə çəkilmək istədiklərini bildirirlər.

Çarli Xannem əsas kişi rolu üçün təsdiqlənmiş ilk aktyor namizədlərindən idi. Lakin o dərhal razı olmur. Onu bu rola çəkilməyə razı salmaq üçün prodüserlər xeyli dil tökməli olurlar. Bir qədər düşündükdən sonra aktyor özünü qeyri-adi ampluada sınamaqdan imtina edir.

Sonda bir neçə dəfə kastinqdən keçən Ceyni Dornan üzərində qərar verirlər.

Dokote Conson da bir çox rəqibləri ilə mübarizə aparmalı olub. Anasteyşa Stil rolunun namizədləri arasında Felisti Cons da var idi. Lakin 30 yaşı olduğu və yenicə məzun olmuş 21 yaşlı tələbə roluna uyğun olmadığı üçün onu çəkməkdən imtina edirlər.

Namizədlər arasında Elizabet Olsen də var idi.

Sem Teylor Conson bu rola əvvəlcə Şeyli Budlinin uyğun gəldiyini təklif edirdi. Lakin ulduz xanım layihələrin çoxluğundan filmə çəkilmək istəmir.

Baş rolları Xannem və Consonun ifa etdiyi məlum olanda qəzəbli pərəstişkarlar təsdiqlənmiş aktyorların Metta Bomer və Aleksis Bledel ilə əvəz olunmasını tələb edirlər. Bunun üçün hətta təxminən beş min imza yığılır.

Bir çox şəhvani filmin baş qəhrəmanı olan zəif və mülayim aktrisa Emma Uatsonun filmdə çəkiləcəyi də ehtimal olunurdu. Hətta aktrisanın tərəf müqabili ancaq Rayan Qoslinq olduğu halda filmə çəkiləcəyi haqqında şayiələr yayılır. Aktrisa bu söz-söhbətlərdən bezdiyi üçün sosial şəbəkədə belə bir status yazır: "Siz ciddi düşünürsünüz ki, mən bu filmə çəkilməyə razılıq vermişəm?”

Sem Teylor-Conson çəkiliş prosesi zamanı müştəriləri arasında milyonçular olan porno aktrisalarla məsləhətləşib. O bildirir ki, biz bu dünyada baş verənləri dərk edib onu düzgün formada təqdim edəcəyimizdən əmin olmalı idik.

Filmdəki tamponla bağlı səhnə ssenariyə daxil olmayıb. Teylor Consun sözlərinə görə, bu məsələ heç müzakirə də olunmayıb. Kitabdakı açıq səhnələrin ancaq 50 faizi verilib. Hətta filmin yaradıcıları erotik filmin ilkin mənbəyi ilə tanış olmayanların kəskin tənqidinəə məruz qalacağından qorxurdular. Lakin kitabin müəllifi E.L Ceyms bildirir ki, “Kitabı oxuyan milyonlarla fanat seksi kifayət qədər normal və həyatın bir qanunu kimi qəbul edir”.

Erotik səhnələr romantikadan məhrum edilib və akrobatika etüdləri ilə əvəz olunub.

Filmin keçən il avqustun 1-də ekranlara çıxması planlaşdırıldı. Lakin sonradan təqdimat təxirə salındı və Müqəddəs Valentin Gününə təyin olundu.

Filmin dünya üzrə təqdimatı isə 11 fevral Berlin kinofestivalında keçirilib.

Dakota Conson anası aktrisa Melani Qriffitiyə filmə baxmağa qadağa qoyub.

Ceymi Dornan da filmdəki roluna yaxınlarının baxmasını istəmir. Hətta bildirib ki, "Qızımın on səkkiz yaşı olanda, mən ona baxmağı məsləhət görməyəcəm.”.

Yeri gəlmişkən, filmin yaradıcıları "Bozun 50 çaları" filmində kadrlarda tamamilə çılpaq bədənin olmayacağını qəti şəkildə təsdiqləyiblər.

Studiya yeniyetmələrin də filmə baxması üçün böyüklərin müşayiəti ilə kinoya gəlmək imkanı verir. Bu isə Amerika əxlaq keşikçilərini çox hiddətləndirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm