Elza Seyidcahan “Sevgi cəsarət istər” - Şeir
Bizi izləyin

Tabloid.az

Elza Seyidcahan “Sevgi cəsarət istər” - Şeir

Müğənni yeni şeir yazıb.

“İlin şairəsi” adına layiq görülən əməkdar artist Elza Seyidcahan titulundan ilhamlanaraq yazdığı şeirlərin sayını artırıb.

Müğənni bu gün daha bir şeirini təqdim edib. İfaçının yeni şeiri “Görərsən sən?!" adlanır.

Harda olsam, gələrsən sən ?!

Qismət olsa, görərsən sən ?

Həsrətimdən ölərsən sən!

Ölməginən, yazıqsan sən!

Sən yazıqsan, yazıqsan!

Sevən çox, sevilənlər yox!

Sevilən çox, sevənlər yox!

Yox ki, yox... yox, yox!

Sevilənlər xoşbəxtdirlər...

Sevənlər yox, ölən çox!

Ürəyimə ox!

Sənə yox, sənə yox!

Yazığımsan, dəlimsən!

Mənə də yox!

Göz açandan o insan ki,

Sevilmişdir, seçilmişdir,

Alışmışdır sevgiyə!

Sevgi ilə yoğrulmuşdur!

Yanmışdır!?

Öpüşmüşdür sevgi ilə...

Boğuşmuşdur min yerdə...

Doğulmuşdur bir yerdə...

Təzədən doğulmuşdur!

Hər sevəndə doğulursan!

Ölürsən!

Yenisindən, yenisindən,

Yiyəsindən!

Sevginin öz yiyəsi var!?

Ay yazıq?!

Kisəsi var, kuzəsi var!

Nizəsi var, qalxanı var!

Yatanı var, duranı var!

Vətəni var, imanı var,

Dini var!

Var, var aaaa???

Bax, gör, haaaa???

Hamısı bir sevginindir!

Sevgimindir!

Sevgilimdir!

Hər dədiqə, hər anım!

O, mənimdir, mənimdir!

Harda olsam, gələcək o!

Həsrətimdən öləcək o!

Qismət olsa, görəcək o!

Görərsən sən!

Baxarsan sən?

Mənimdir o, bilirsən?

Bilginən!

Mənimsən sən, mənimsən!?

Sən mənimsən, mənimsən!?

Vətənimsən sən!

Mənimsən!

Görərsən sən, görərsən!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm