• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Çılpaq yatmaq hansı xəstəliklərin qarşısını alır?

Çılpaq yatmaq hansı xəstəliklərin qarşısını alır?

Amerikada aparılan araşdırmalar göstərib ki, çılpaq yatan cütlüklərin münasibətləri daha uzun müddətli olur.

Son illər aparılan araşdırmalar göstərib ki, çılpaq yatmaq nəinki sevgi münasibətləri, insan sağlamlığı üçün də faydalıdır. Belə ki, təhqiqatlar nəticəsində bu cür yatmağın insanı bir sıra xəstəliklərdən qoruduğu üzə çıxıb. Hansı xəstəliklərdən?

Tabloid.az suallarınıza cavab axtarıb.

Şəkər xəstəliyi

Yetişkin insanın bədənində yararlı yağ (qəhvəyi rəngli yağ) və piy miqdarı az olur. Bu isə zərəli yağların bədəndə daha çox yer tutmasına səbəb olur. Ancaq tədqiqatlar nəticəsində məlum olub ki, bədəndəki yararlı yağlar soyuq mühitdə iki dəfə artır. Bundan yola çıxan alimlər çılpaq yatmağın bədənin həddən artıq isinməsinin qarşısını ala biləcəyini iddia ediblər. Qeyd edək ki, bədəndə yararlı yağ miqdarı çoxaldıqda şəkər xəstəliyinə yaxalanmaq riski azalır.

Vaginal xəstəliklər

Çılpaq yatmaq qadın sağlamlığı üçün də vacibdir. Çünki isti mühitdə vaginada bakteriyalar və göbələklər sürətlə çoxalırlar. Ancaq paltarsız yatanda vaginada infeksiyanın yaranması ehtimalı azalır.

İmmunitet sistemini gücləndirir

Xəstəliklər immunitet sistemi zəifləyəndə baş qaldırır. Çılpaq yatmaq immuniteti gücləndirir.

Təzyiq

Paltarsız yatanda oksitosin hormonunun səviyyəsi artır və bu qan təzyiqinin tənzimlənməsinə kömək edir.

Yuxusuzluq

Bədənin istiliyi yuxu keyfiyyətinə təsir edir. Bədənin temperaturu 36 olduqda insan daha tez yuxuya gedir və daha rahat yatır. Paltarlı yatdıqda temperatur 37 dərəcəyə qədər yüksəlir. Bu isə yuxusuzluğa və ya yuxu zamanı narahatçılığa səbəb olur.

Tabloid.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR