Dekorativ güzgü dəbi - Fotolar
Bizi izləyin

Tabloid.az

Dekorativ güzgü dəbi - Fotolar

Dekorativ güzgü dəbi - Fotolar

Xarici görünüş vacibdir. İnsanlar necə göründüklərini hər saat, hər diqəqə, hətta hər saniyə bilmək istəyirlər. Bunu isə bizə güzgülər göstərir.

Güzgü gündəlik həyatda çox istifadə edilir. Üzümüzü yuyarkən, makiyaj edərkən, geyimlərimizi geyindikdən sonra yaraşıb-yaraşmadığını görmək üçün və s. güzgüyə baxırıq.

Bir sözlə, güzgü həyatımızda və evimizdə xüsusi yer tutur.

Mütəxəssislər məsləhət görür ki, qonaq otağına dekorativ güzgü, yataq otağında isə daha böyük güzgülər asın.

Dekorativ güzgülər həm evə gözəllik bəxş edir, həm də funksiyaları baxımdan çox lazımlıdır. Evin ən yaxşı yerini zəbt edən güzgülər bu mövsüm xüsusi dizaynlarda təklif olunur. Fransız saraylarını xatırladan romantik modellər bu il çox dəbdədir. Amma ev dekorasiyasından asılı olaraq, çərçivələri əlvan rənglərdə olan, etnik naxışlı, taxta çərçivəli güzgülər də təklif olunur.

Bir çox fərqli güzgü dizaynları var. Onlardan bəzisini təqdim edirik:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm