• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

ANS-in qadın imzası daşıyan kişi aparıcısından şok etiraf - Eksklüziv

ANS-in qadın imzası daşıyan kişi aparıcısından şok etiraf - Eksklüziv

ANS telekanalının məşhur aparıcısı Natiq Nailəoğlu qadın imzası daşımasına aydınlıq gətirib. Bu haqda aparıcı tabloid.az-a eksklüziv açıqlama verib. Heç nəyə baxmayaraq, bu imzanı ömrü boyu daşıyacağını deyib:

"Nailəoğlu" imzasına görə, çoxları məni qınayır. İmzam insanlarda fərqli fikirlər formalaşdırır. Biri elə bilir mən uşaq evində böyümüşəm. Başqası elə bilir ki, Nailə İslamzadənin oğluyam. Hətta bu yaxınlarda Gövhər Həsənzadə məni tədbirlərdən birində görüb anamın əhvalını soruşdu. Mən də ona izah etdim ki, mən Nailə İslamzadənin oğlu deyiləm. İki yaşım olanda anam dünyasını dəyişib. Arzum olub ki, onun adını hansısa formada yaşadım. Onun adını özümə imza olaraq götürdüm. Niyə də olmasın?! Cənnət anaların ayaqları altındadır. Məgər ananın adını imzanda daşımaq ayıbdır? Bunu özümə ayıb saymıram. Heç nəyə baxmayaraq, bu imzanı ömrüm boyu daşıyacağam. Qanunlarımız yol versə, hətta soyadım kimi rəsmiləşdirərdim”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR