• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Boşanmağa hazırlaşan Günayla Tolqa təqdimatda - Fotolar

Boşanmağa hazırlaşan Günayla Tolqa təqdimatda - Fotolar

Türkiyədə “Kod adı K.O.Z.” filminin qala gecəsi keçirilib. Filmdə baş rolu oynayan azərbaycanlı model Günay Musayeva da qalada iştirak edib.

Qalada boşanmağa hazırlaşdığı aktyor həyat yoldaşı Tolqa Karellə üzləşən Günay gərginliyini büruzə verməyib. Günay və Tolqa yan-yana gəlməməyə çalışıblar.

Günay Musayeva açıqlamasında gözəl bir layihədə yer aldığı üçün xoşbəxt olduğunu deyib: “Hər şeyin daha gözəl olacağına inanıram”.

T.Karel isə “Filmin davamının çəkilməsini istəyərdim. Bu, azadlığa doğru atılan gözəl addımdır. Xalq dəyərləndirəcək”, - deyərək filmə dəstək verib.

Qeyd edək ki, Türkiyə mətbuatında Tolqa ilə Günayın məhz bu filmin piyarı üçün boşanma məsələsini düzüb-qoşduqları iddia edilir.

“Kod adı K.O.Z.” filminin Bakıdakı təqdimat mərasimi martın 12-də baş tutacaq.

Tabloid.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR