İstiotlu, şokoladlı keks - Resept
Bizi izləyin

Tabloid.az

İstiotlu, şokoladlı keks - Resept

Tabloid.az 5 porsiyalıq şokoladlı keksin reseptini təqdim edir:

Tabloid.az 5 porsiyalıq istiotlu, şokoladlı keksin reseptini təqdim edir:

İnqrediyentlər:

250 qram tünd şokolad

125 qram kərə yağı

4 yumurta

100 qram şəkər tozu

4 paket vanil şəkəri

150 qram un

1 bir paket qabartma tozu

0,5 çay qaşığı üyüdülmüş istiot

150 qram tünd şokolad

75 qram kərə yağı

3 xörək qaşığı su

Bir çimdik dəniz duzu

Hazırlanma qaydası:

Sobanı 175 dərəcəyə qədər qızdırın. Şokoladı və kərə yağını su hamamında əridin. Yumurtanı, şəkər tozunu vanili çalın, kütlənin həcmi 2 dəfə artmalıdır. Şokolad kütləsini yumurta ilə qarışdırın. Sonra unu ələyin və kütləyə əlavə edib. Sonda istiotu da keks xəmirinə əlavə edin.

Soba tavasını yağlayın, xəmiri qaba tökün və 30 dəqiqə ərzində bişirin. Soyuduqdan sonra üzərinə qlazur tökün.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm