Tabloid.az
Buzlu kubların dəriyə faydaları
Kosmetoloqlar iddia edirlər ki, əla tonuslandırıcı təsirə malik olan buz kubları üz və boyun dərisi üçün çox faydalıdır. Buz kublarının üz dərisinə təsiri nəticəsində dəri örtüyünün temperaturu enir, damarlar daralır, bir müddətdən sonra isə damarlar yenidən genişlənir və qan daha intensiv hərəkət edir. Bu prosedura dərini əhəmiyyətli dərəcədə təravətləndirir, elastikliyi artırır, xırda qırışları açır, dəridə qanın mikrosirkulyasiyasını aktivləşdirir.
Kosmetik buz kublarını ev şəraitində çox asanlıqla hazırlaya bilərsiz. Belə kubları yaşıl çaydan, qazsız mineral sulardan, evdə çəkilmiş təbii meyvə şirələrindən (alma, portağal, qreypfrut, limon, qarpız və s.), düyü suyundan, bəzi bitki dəmləmələrindən (nanə, bağayarpağı, çobanyastığı), həmçinin hazır losyonlardan da hazırlamaq olar.
Bunun üçün sadəcə şirəni və ya süzülmüş bitki dəmləməsini buz dolabındakı formalara töküb dondurmaq lazımdır. Meyvə şirəsindən hazırlanan kubları 3 gün, bitki dəmləmələrindən hazırlanan kubları isə 7 gün buz dolabında saxlamaq olar.
Bu prosedurdan faydalanmaq üçün onu düzgün yerinə yetirmək lazımdır. Kubları bir yerdə çox saxlamamaq şərti ilə üzünüzdə gəzdirin, yəni dəri ilə buzun kontaktı 5 saniyədən artıq olmamalıdır. Bütün prosedur isə 2-5 dəqiqə davam edə bilər.
Bunu da nəzərə almalısız ki, buzun kosmetik vasitə kimi istifadəsinin əks göstəriciləri də mövcuddur. Əgər üzünüzdə kəskin iltihabi xəstəliklər, açılmış yaralar, damar genişlənməsi varsa, bu proseduradan istifadə etmək olmaz.
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
-
Magazin228 Mart 22:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."
-
Sosial28 Mart 21:36
Daxili İşlər Nazirliyi əhaliyə ÇAĞIRIŞ ETDİ
-
İnanc28 Mart 21:24
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
-
Sosial28 Mart 20:24
Şahmar Hüseynova yeni VƏZİFƏ VERİLDİ - FOTO