Dünyanın ən seksual kişi modelləri - Fotolar
Bizi izləyin

Tabloid.az

Dünyanın ən seksual kişi modelləri - Fotolar

"Kişiyə gözəllik lazım deyil", deyənlər baxsınlar!

Kişiyə gözəllik lazım deyil. Bunu biz qadınlar deyirik. Ta ki, hər hansı bir alt paltarı reklamında yaraşıqlı kişi görməyənə qədər... Yarıçılpaq, idmançı bədənli yaraşıqlı kişilər az qalsın, bütün qadınların ağlını başından alır.

Tabloid.az dünyanın ən çox arzuolunan yaraşıqlı model-kişilərini təqdim edir.

Beləliklə, başlayaq Adam Senndən. Adam 1984-cü ildə Parisdə anadan olub, Nyu-Yorkda yaşayır. “Dolce & Gabbana”, “Gucci” brendlərinin siması olub. Bir sıra filmlərə çəkilib. Boyu 1 metr 87 santimetrdir. Gözlərinin rəngi mavidir. Hobbisi voleybol oynamaqdır. Nyu-Yorkda özünün restoranı var.

model

Adrian Kardoso 1991-ci il doğumludur. Nyu-Yorkda yaşayır. “BCBG Denim” (SS11) və “DKNY”, “Cavalli” kimi firmaların simasıdır. Boyu 1 metr 88 santimetrdir. Gözlərinin rəngi qəhvəyidir. Hobbisi futbol oynamaqdır.

model

Aleks Landkvist 1972-ci ildə Stokholmda doğulub. Hazırda Nyu-Yorkda yaşayır. “Hugo Boss”, “Versace”nin simasıdır. O, həmçinin müğənni Fercinin “Сlumsy” adlı klipinə çəkilib. Boyu 1 metr 85 santimetrdir. Gözlərinin rəngi mavidir. Hobbisi professional peyntbol oyunçusudur.

model

Aleşandre Kunya 1988-ci ildə San-Pauloda doğulub. İşi ilə əlaqədar olaraq Nyu-York, Milan və Parisdə yaşayır. “Chanel”, “Dolce Gabbana”nın reklam simasıdır. Boyu 1 metr 88 santimetrdir. Gözlərinin rəngi yaşıldır. Hobbisi gitarada ifa etmək, futbol oynamaqdır.

model

Andre Zie 1984-cü il doğumludur. Boyu 1.88 santimetrdir, gözlərinin rəngi yaşıldır. "Dolce & Gabbana", "Louis Vuitton", "Dsquared2" kimi brendlərlə işləyib.

model

Andres Belenkoso Sequra isə 1978-ci ildə dünyaya gəlib. İspandır, boyunun uzunluğu 1.89 santimetrdir, gözləri qəhvəyidir. Bu günə kimi "Banana Republic", "Louis Vuitton", "H&M", "Trussardi", "Chanel", "Ermenegildo Zegna", "Loewe", "Jean Paul Gaultier", "Elie Tahari и Etro" kimi ən məşhur markalarla əməkdaşlıq edib.

model


Arran Slay 22 yaşındadır. Boyu 1.85 santimetrdir. Alagöz modelin hobbisi idmanla məşğul olmaq və musiqi dinləməkdir. "Louis Vuitton", "Duckie Brown", "Z Zenga", "Dsquared", "Giorgio Armani" kimi markaların siması olub.

model

Ən seksual modellərdən biri də Artur Kulkovdur. 1983-cü ildə dünyaya gələn modelin boyu 1.86 santimetrdir. Gözlərinin rəngi qəhvəyidir. Bir çox brendlə əməkdaşlıq edir.
model

Oxumağa davam et
Reklam
Reklam

Gündəm