Həyatından danışan Arif Quliyev hönkür-hönkür ağladı
Bizi izləyin

Tabloid.az

Həyatından danışan Arif Quliyev hönkür-hönkür ağladı

Məni yola salan yox idi...

Xalq artisti Arif Quliyev həyatının gizli məqamlarını “Günaydın” verilişinə danışaraq göz yaşlarını gizlədə bilməyib. Tabloid.az xəbər verir ki, indiyədək anasını axtardığını deyən xalq artisti hönkür-hönkür ağlayıb.

“Mən uşaq evində böyümüşəm. İndiyədək harada anam olduğunu eşidəndə ayaqlarına getmişəm. Balaxanıdan bir qadın çıxmışdır ki, anamdır. Getdim yanına. Sonra Biləsuvardan biri bu iddianı irəli sürdü, durdum getdim ora. Bu yaxınlarda Xızıya getdim. Fındığan kəndi var orada. Eşitdim ki, orada bacım var. Biz çox oxşayırıq. Dedi ki, anası və atası səni axtararaq dünyasını dəyişib. Lənkəranda da olmuşam. Goranboyda da, Sabirabadda da... 16 evə getmişəm indiyədək. Sənədlərim olmadığından Arif adlı oğlunu itiriənlər məni axtarıblar. Amma fikirləşmirlər ki, bu adı axı mənə internatda qoyublar. Hər dəfə onlar tapılanda özüm onların ayağına gedirəm. Ümidləri doğrultmaq istəyirəm. Bu dəfə də 85 yaşında bir ana tapmışam.”

Bundan başqa, xalq artisti həyatının ən dəhşətli günlərini hərbi xidmətə getdiyi gün olduğunu danışıb. Bütün bunları danışdıqca “Günaydın” verilişinin aparıcısı Vüsalə Kərimova da emosiyalarına hakim kəsilə bilməyərək göz yaşları töküb.

“Həyatımın ən dəhşətli anı məni hərbi xidmətə yola salmaları idi. Məni teatrdan əsgərliyə yola salırdılar. Yola salınan əsgərlərin ətrafında adamların həddi-hüdudu yox idi. Bircə məndən başqa. Avtobus Mingəçevirdən Bakıya tərəf gəlirdi. Pəncərələrin qarşısı avtomobillərlə dolu idi. Hamı yola salan oğluna əl edirdi, bircə mənim pəncərəm qarşısı boş idi. Heç kəs məni yola salmağa gəlmədi”.

Həyatının çətinliklərini danışan Arif Quliyev məktəbdə oxuyarkən müəllimin ona soyadını verdiyi günü həyatının ən xoşbəxt günü olduğunu vurğulayıb.

“Pioner günü idi. Hamını çağırıb boğazına qalstuk bağlayıb təbrik edirlər. Məni ən axırda çağırdılar. Müəllimim mənə dedi ki, oğlum sənin burda nə soyadın var, nə də ata adın var. O gün müəllimim mənə dedi ki, mən soyadımı verdim sənə. Bu gündən sən oldun Arif Quliyev. Arif adını isə mənə Mina müəlliməm 2-ci sinifdə verib. Dedi atanın da adı Əli olsun. Qoy Əli sənin köməyin olsun. Qucaqlayıb məni bağrına basdı. İkimiz də ağlamağa başladıq. Həmin gün sevincimin həddi hüdudu yox idi. Ata adım da oldu, soyadım da, müəllimim də mənim atam oldu”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm