• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Günay Musayevanın ərindən cəmi bir istəyi var

Günay Musayevanın ərindən cəmi bir istəyi var

Türkiyədə fəaliyyət göstərən model Günay Musayeva boşanmağa hazırlaşdığı Tolqa Karellə “Kod adı K.O.Z” filminin qala gecəsinə bir araya gəlib. Gərgin anlar yaşan Günay Musayeva göz yaşlarına hakim ola bilməyib.

Tabloid.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, tədbirə cütlük arasında xoşagəlməz anlar damğa vurub. Günay Musayeva açıqlamasında həyat yoldaşının məhkəmədə verdiyi açıqlamanın tamamilə uydurulduğunu vurğulayıb:

"Sürücümün ona silahla hücum etdiyi kimi uydurma ifadələrinin heç bir sübutu yoxdur. Artıq onunla adımın belə anılmasını istəmirəm. Gördüyüm, oxuduğum zaman çox utanıram. Ailəm artıq bu cür xəbərlərə dözə bilmir. Bir övladımız var. Ona mən baxıram. Tək istəyim ona ata sevgisi göstərməyidi. Bu olaylar uşağa da təsir edir, amma mən onu ən yaxşı şəkildə böyüdürəm".

Qeyd edək ki, “17 dekabr əməliyyatları”ndan bəhs edən filmin martın 12-də Bakıda qala gecəsi keçiriləcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR