Rustik ev dekorasiyası - Fotolar
Bizi izləyin

Tabloid.az

Rustik ev dekorasiyası - Fotolar

Rustik ev dekorasiyası - Fotolar

Son zamanlarda rustik dekorasiya yenidən gündəmdədir. Bunun səbəbi insanların təbiiliyə olan həsrətidir. Özümüzü daha komfortlu hiss etmək üçün modern dekorlardan istifadə etsək də, bu il ev dekorasiyalarında təbiətə qayıdış təklif olunur.

Evi rus dekorasiyası tərzində bəzəmək üçün nələr lazımdır?

  • Evi bəzəyərkən mümkün qədər təbii və az işlənmiş materiallar istifadə edin.
  • Taxta, metal, kətan kimi təbii parçalar ən böyük köməyiniz olacaq. Görünüşü daha da gücləndirmək istəyirsinizsə, əşyaları köhnə və antik mebel alverçilərindən alın. Köhnə əşyaları yüngül təmir edərək yeni həyat verin.
  • Qədim əşya sevməyənlər sadə mebellər ala bilər.
  • Köhnəlmiş taxta əşyalar, rəngi azca qaçmış xalçalar, boyası tökülmüş metal əşyalar rus dekorasiyanın əsas elementləridir.
  • Evin divarlarını, tavanlarını və döşəməsini də nəzərə alın. Taxta sütunlar və tavandakı laminant yerinə ağac parketlər, daş və ya suvaqlı kimi görünən divarlar dekorativ töhfə verir.
  • Qüsursuz mənzərədən uzaq olun. Evin içində sizin tərəfinizdən yaradılmış, düşünülmüş səliqəsizlik hökm sürməlidir. Yüngül bir anbar görüntüsü və ya açıq rəflər də rustik dekorasiya üçün ideal variantdır.
  • Rustik stilini sevən, lakin evini bu tərzdə dekorasiya etməyə qorxanlar tək bir sahəni - mətbəxi, vanna otağını, salonu və ya yataq otağını bu tərzdə dekorasiya edə bilərlər. Tabloid.az rustik dekorasiyasına aid nümunələr toplayıb.
Oxumağa davam et
Reklam
Reklam

Gündəm