Qrip zamanı baş qaldıran əzələ ağrılarından necə xilas olmalı?
Bizi izləyin

Tabloid.az

Qrip zamanı baş qaldıran əzələ ağrılarından necə xilas olmalı?

Qrip və əzələ ağrılarından xilas olmağın üsulları

Qış aylarında tez-tez qriplə üzləşməli oluruq. Həm özümüzü, həm də sevdiklərimizi qripdən qorumaq üçün tədbirlər görsək də, bəzən bunların effekti olmur.

Qripin ən pis tərəflərindən biri də əzələ ağrılarıdır. Ağrının şiddəti yaş, qripin mərhələsi və yaşadığınız bölgənin temperaturundan asılıdır.

Qripin əlamətləri 7-10 gün ərzində davam edir. Bu müddəti ağrılarla əlləşərək keçirmək istəmirsinizsə, Tabloid.az-ın təqdim etdiyi məsləhətlərə əməl edin.

Qrip nə qədər şiddətli olsa, ağrı da bir o qədər çoxalır. Əgər havaların daha sərt keçdiyi ərazidə yaşayırsınızsa, ağrınız çox ola bilər.

Qrip zamanı hiss edilən əzələ ağrılarından xilas olmaq üçün aşağıdakılara əməl edin.

Bol miqdarda su için

Qrip orqanizmdə maye itkisinə səbəb olur. Ona görə də bu mövzuya laqeydlik etməyin və bol miqdarda ilıq su için. Su içdikcə, əzələlərin ağrısının azaldığını hiss edəcəksiniz.

Ürəyiniz istəməsə də, yeyin

Zülalla zəngin olan qida qəbul etmək əzələlərin boşalmasını və ağrı hissinin azalmasını təmin edir. Ona görə də qripin yol açdığı iştahsızlıqla mübarizə aparın və özünüzü yeməyə məcbur edin. Şorbalar, xüsusilə də toyuqla bişirilən suplar xəstəlikdən daha tez xilas olmağınıza kömək edəcək.

Masaj etdirin

Yüngül masaj əzələ ağrılarını aradan qaldırır.

Duş qəbul edin

Duş qəbul etmək də ağrıları azaldır. Həmçinin, bədən istiliyinin azalmasına kömək etdiyi üçün qızdırma zamanı da duş qəbul etmək məsləhət görülür. Su nə çox isti, nə də çox soyuq olmalıdır.

Bütün bu məsləhətlərə əməl etməyinizə rəğmən, ağrılarınız azalmırsa, deməli, mütləq həkimə müraciət etməlisiniz.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm