Elnarə “Avaz”la türk xalqlarına səslənib
Bizi izləyin

Tabloid.az

Elnarə “Avaz”la türk xalqlarına səslənib

Elnarə “Avaz”la türk xalqlarına səslənib

Bakıda TRT Avaz telekanalının “Avaz” layihəsi çərçivəsində “Avaz” adlı tanıtım videosunun çəkilişləri olub. Türk Dünyasının birliyini əks etdirən mahnıda türk xalqlarını təmsil edən müğənni yer alıb.

Azərbaycanın siması seçilən müğənni Elnarə Xəlilovanın Bakıda çəkilişləri başa çatıb. Çəkilişlər Qız Qalası, Şirvanşahlar Sarayı, Karvansaray, Qobustan, Atəşgah məbədi, Alov Qüllələri, Şəhidlər Xiyabanı, Dağüstü Park və başqa məkanlarda aparılıb.

“Avaz” tanıtım videosu Novruz bayramı ərəfəsindən başlayaraq bütün türk xalqlarının telekanallarında yayımlanacaq, eləcə də radio dalğalarında səslənəcək.

Tanıtım videosunu Ali Çiçek və Ahmet Sabuncu lentə alır. Bosniyada çəkilişlərə yekun vurub Azərbaycana gələn yaradıcı heyət Türkmənistana yollanıb.
Qeyd edək ki, Elnarə Xəlilovanın stilisti Şəlalə Maqsudova, vizajisti isə Esmira İsmayılovadır.

Çəkilişlərdən olan fotoların bir hissəsini təqdim edirik:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm