Tabloid.az
Sami Yusif martda Bakıda konsert verəcək
Azərbaycan əsilli dünyaca məşhur müğənni Sami Yusuf tezliklə Bakıya gələcək. Müğənni 14-15 mart tarixlərində Heydər Əliyev Sarayında tamaşaçıları konsert proqramı ilə sevindirəcək. Tabloid.az xəbər verir ki, Bakıya təşrif buyuran Sami Yusif konsertdə orkestrlə çıxış edəcək. Sami Yusif “The Centre” adlı albomunda yer alan musiqiləri konsertdə canlı səsləndirəcək.
İfaçı konsertdən bir gün öncə, yəni 13 mart tarixində Bakıda olacaq. Onun yerli mətbuatla görüşü də gözlənilir.
Sami Yusufun bu proqramının adı “Sarı gəlin”dir: Konsertin təşkilatçısının sözlərinə görə, bütün dünyanın “Sarı gəlin”dən bir daha xəbəri olmalıdır: "Həm də müğənninin sonuncu albomu olan “The Centre” Azərbaycan üçün də özəl albom sayıla bilər. O, albomda Azərbaycan xalq mahnısı olan “Sarı gəlin”i həm azərbaycanca, həm də ingiliscə səsləndirib. Albomdakı mahnıların ifası zamanı Azərbaycan milli musiqi aləti olan tardan da istifadə olunub”.
Müğənni bu günədək Azərbaycan musiqilərindən “Ayrılıq”, “Küçələrə su səpmişəm”, “Sənə də qalmaz”ı konsertlərində səsləndirib, hətta sayca dördüncü albomu olan “Salam” albomuna “Küçələrə su səpmişəm” mahnısını əlavə edib.
Qeyd edək ki, Sami Yusuf əslən cənubi azərbaycanlıdır. 1980-ci
ildə İranın paytaxtı Tehranda azərbaycanlı ailəsində dünyaya gəlib.
3 yaşında ikən ailəsi ilə birlikdə İngiltərənin paytaxtı Londona
köçüb.
-
Magazin119:10
Brilliant Dadaşovanın rəqsi GÜNDƏM OLDU - VİDEO
-
Region18:50
Rusiya XİN-dən İrəvana qulaqburma
-
Rəsmi xronika18:32
Rumen Radev İlham Əliyevə zəng etdi
-
İdman17:06
"Qarabağ"ı yıxan futbolçu İstanbul nəhənginin hədəfində
-
Sosial16:36
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR