Nadir Qafarzadə: “Xanımımla gedib əylənəcəyəm, xərcini isə...” – Fotolar
Bizi izləyin

Tabloid.az

Nadir Qafarzadə: “Xanımımla gedib əylənəcəyəm, xərcini isə...” – Fotolar

Nadir Qafarzadə eksklüziv hədiyyəsindən danışdı

Bu gün şou-biznesdə öz dəsti-xətti, üslubu, stili ilə tanınan, səsi və ifası ilə qazandığı auditoriyasını günü-gündən genişləndirən Nadir Qafarzadənin doğum günüdür. Ömrünün 44-cü qışını yaşamaqda olan sevimli ifaçımız, görəsən, bu ad gününü necə, harada və kiminlə olacaq?

Müğənni Nadir Qafarzadə Tabloid.az-ın suallarına cavab verir.

- Ad günü keçirməyi istəmirdim. Dostumla zəngləşmişdik. Hal-əhval tutmaq üçün zəng eləmişdi. Günün planlarından danışırdıq. Söhbət əsnasında ondan soruşdum ki, bəs, məni təbrik etməyəcəksən? Birdən yadına düşdü. Beləcə dilimin bəlasına düşdüm. Mən ad günümü bir yerdə qeyd etmək üçün evə gəlməsini təklif eləmişdim. O isə özü ayrı plan qurub. Bir də zəng vurdu ki, yer sifariş verib. Bütün xərcləri öz üzərinə götürüb. Dostlarım öz xanımları ilə yığışacaq. Həmin dostum məni bütün xərclərdən azad edib. Dedi ki, hər şeyi özü həll edəcək. Mən yalnız xanımımla gedib əylənəcəm. Deyir, sən mənim üçün çox şey edirsən. Təmənnasız hər işimizi görürsən. Mən ona da təşəkkür edirəm. Onun təşəbbüsü və təşkilatçılığı ilə ad günümü yaxınlarım və ailə dostlarımla qeyd edəcəyəm.

- Həmin yaxınların arasında şou-biznesdən də adam var?

- Yox. Şou-biznes nümayəndələri qatılanda qarışıqlıq olur. Dostlarımın arasında görüntülərinin yayılmasından narahat olanlar var. Ona görə də tədbirimizi dostlar arasında qeyd edəcəyik.

- Bəs, tədbirinizdə foto və video olmayacaq?

- Olacaq. Öz fotoqrafım şəkillər çəkəcək. Tədbirdən lazım bildiyim görüntüləri də sosial şəbəkədə, “İnstagram”da paylaşacam.

- Hər halda canlı musiqi olan bir yerdə olacaqsınız...

- Elədi. Məclisimizi populyar olmayan bir müğənni əyləndirəcək. İlkin adlı oğlandı. Mən onu “Azərstar”dan tanıyıram. Tanınmasa da, istedadı ilə diqqətimi çəkib. Mən özüm ona zəng vurub dedim ki, gəlsin, məclisimizi şənləndirsin. O da məmnuniyyətlə razılaşdı.

- İndiyədək neçənci doğum gününüzü təntənəli keçirmisiniz?

- Hər doğum günümü qeyd etmişik...

- Bəs, 40?

- Yox, dedilər ki, 40 yaşı qeyd etməyin düşəri-düşməzi olur. Mən də qeyd etmədim.

- Ancaq 45 yaşınızı da təntənəli keçirərsiniz...

- Elə nəzərdə tututram. 45 yaşımda ya təntənəli ad günü keçirəcəyəm, ya da həmin tarixdə oğluma toy edəcəyəm. Belə tədbirləri birləşdirirəm. Ən çox da sənət adamlarını düşünürəm. Onların qayğısına qalıram. Çünki toy bazarı kasadlayıb. Təbii ki, heç kəs pulsuzluqdan sığortalanmayıb. Ancaq hər ad günü, toy və s. sənətçilərin xərclərini artırır. Çoxunun buna imkanı çatmır. Mən də onların çox xərcə düşməsini istəmirəm. Odur ki, ad günümdə onları oğlumun toyuna da çağıra bilərəm.

- Həyat yoldaşınızdan hədiyyə aldınızmı? Nə alıb sizə?

- Bilirsiniz, o hesab edir ki, qazancımla mənə hədiyyə almaq mənasızdır. Ancaq dünəndən hazırlaşır. Nə geyinəcəyini, necə bəzənəcəyini düşünür. Mən də ona deyirəm ki: “Sən hər halınla gözəlsən”. O mənə 2 dəfə çox qiymətli hədiyyə verib. Birini 1996-cı, birini də 1998-ci ildə 2 oğlan bəxş edib.

- Ümumiyyətlə, 44 yaşınızda ürəyinizə yatan hədiyyə oldumu?

- Sabirabadda yaşayan dostum mənə çox ürəyimdən olan, çoxdan arzuladığım bir hədiyyə göndərib. Şou-biznesdən olan adam deyil. Sadə insandır. Hədiyyəmi də 2-3 gün əvvəldən göndərib. Bir səbətdə gül və yağlı boya ilə çəkilmiş böyük bir rəsmimi mənə hədiyyə etdi. 44 yaşımda gələn bu hədiyyə indiyədək aldığım ən xoşuma gələn hədiyyədir. Həm eksklüzivdir, həm də arzuladığım bir şeydir. Çoxdan arzulayırdım belə bir rəsmimi. Ancaq heç kim hədiyyə eləmirdi.

- Özünüz nə əcəb hazırlatdırmırdınız?

- Artıq düşünməyə başlamışdım. Ümumiyyətlə, yağlı boya ilə çəkilən rəsmlər, kətan üzərində işləmələr, bir sözlə, əl işləri diqqətimi həmişə çəkir. Belə şeyləri çox sevirəm.

- Bəs, dostlarınız sizə nə hədiyyə edirlər?

- Hamısına deyirəm ki, mənə hədiyyə almasınlar. “Tripaşlıq” kimi çıxmasın, məni nə ilə təəccübləndirə bilərlər ki? Hər şeyim var. Deyirəm ki, qızıl alacaqsınız – varımdı, ətir alacaqsınız, - nə qədər istəsən, ətirlərim var. Odur ki, həmişə hamısına deyirəm ki, sadəcə, gəlsinlər, oturaq, yeyək, içək, əylənək. Bir yerdə əylənib istirahət eləməyimiz mənim üçün ən böyük hədiyyədir.

- Oğlanlarınızdan da hədiyyə gözləyirsiniz?

- Gələn həftə əvvəlcə İstanbula, oradan isə 44 yaşımı oğlumla qeyd etmək üçün İsveçrəyə gedəcəm.

- İstanbula da istirahət məqsədi ilə gedirsiniz?

- Istanbula gəzməyə gedirəm. Tarixi yerləri gəzməyi çox sevirəm. Arxitekturasi, mədəniyyəti, mətbəxi ilə seçilən şəhərlərdə gəzməkdən zövq alıram. İstanbulda isə özümü lap sultanların, şahların, padşahların əyyamında yaşayırammış kimi hiss edirəm. Tez-tez gedib İstanbulun havasını uduram. Orada gəzmək ləzzət edir. İnsanları da bizi anlayır. Söz başa salmaq asan olur. İstanbul kimi Afinanı, Romanı da sevirəm. Bir sözlə, zəngin ənənəsi, tarixi abidələri, fərqli mədəniyyəti olan yerlərdə olmaqdan zövq alıram.

- Hər halda həyat yoldaşınızla gedərsiniz... O da oğlu üçün darıxmış olar.

- Əslində, onunla getməliyəm. O da çox darıxıb. Ancaq burdakı oğlumuzu da qoyub gedə bilmir. Gedəndə burdan narahat qalır. Mən çalışıram ki, birlikdə gedək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm