Kişiləri romantikə çevirən qidalar - Siyahı
Bizi izləyin

Tabloid.az

Kişiləri romantikə çevirən qidalar - Siyahı

İl boyu romantik olmaq mümkündürmü?

Sevgililər günü gəlib çatdı. Bu gün bütün xöşbəxt cütlüklər romantikanın pik nöqtəsində olacaqlar. Ancaq yaxşı şeylərin ömrü az olur. Elə sevgililər günü də ildə bir dəfə gəlir. Həmin günün bəxş etdiyi həyəcanı, romantikanı yenidən duymaq üçün 364 gün həsrət çəkməli oluruq. Bəs, il boyu romantik olmaq mümkündürmü?

Mütəxəsisslər bu suala “hə” cavabı verirlər. Araşdırmalar göstərib ki, bəzi qidaları yeyən insanlar daha romantik olurlar. Deməli, siz də, partnyorunuza həmin qidaları yeməyi məsləhət görsəniz, sevgiliniz bir romantikə çevirə bilərsiniz.

Beləliklə, tabloid.az insanı daha romantik olmağa təşviq edən qidaların siyahısını təqdim edir:

Nar suyu

Nar bərəkətin simvoludur. Nar suyu qırmızı olduğu üçün eşqi, sevgini xatırladır və insanı cuşa gətirir. əgər ailəlisinizsə, sevgililər günündə süfrənizdə mütləq nar suyu olsun. Özünüzü və partnyorunuzu daha romantik görmək istəyəndə, nar sıxın.

Banan

Cinsi istəyi artırır, insanın özünü daha xoşbəxt hiss etməsinə səbəb olur. Təbii ki, xoşbəxt insan partnyorunu da xoşbəxt etmək istəyəcək. Bu isə sürpriz hədiyyələr və romantik bir gün mənasına gələ bilər.

Badam

Badam da xoşbəxtlik hormonlarını artıraraq insanı cuşa gətirir.

Şokolad

Şokolad insana enerji və xoşbəxtlik hissi bəxş edir. Şokoladı həm sevgililər günündə, həm də ən intim dəqiqələrdə yanınızdan əksik etməyin. Şokoladın insanı ehtirasa gətirən təsirindən faydalanmaq üçün tünd, südlü, fındıqlı, fıstıqlı və badamlı şokolad növlərinə üstünlük vermək lazımdır.

Təzə nanə

Salatlara və şorbalara mütləq təzə nanə yarpağı əlavə edin. Təravət bəxş edən bu tərəvəz insana romantik hisslər aşılayır.

Bal

Orqanizm üçün çox faydalı olan bal tərkibindəki maddələr sayəsində insana güc və enerji verir. Hissləri elə cuşa gətirir ki, cücərən romantik duyğuları cilovlamaq olmur.

Kartof

Kartof yemək insanı xoşbəxt edir. Ancaq kartofu qızartmaqdansa, sobada və ya suda bişirmk, həmçinin şorbalara əlavə edərək yemək məsləhətdir.

Kartof insana başqalarını da xoşbəxt etmək istəyi yaradır. Bu da romantik sürprizlərin sayını artırır.

Qırmızı şərab

Sevgililər günündə süfrənizdə mütləq qırmızı şərab olmalıdır. Bu sizə həmin gün sərhədləri yıxmağa və özünüzü daha xoşbəxt hiss etməyə kömək edəcək. İl boyu həftədə bir dəfə süfrəyə qırmızı şərab qoymağı unutmayın.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm