Çinli gözəllər haqqında bilmədikləriniz
Bizi izləyin

Tabloid.az

Çinli gözəllər haqqında bilmədikləriniz

Çinli gözəllər haqqında bilmədikləriniz

Çinlilərin gözləri nə üçün qıyıqdır? Yalnız çinlilərin deyil, yaponların, Orta və Cənub-şərqi Asiyada yaşayanların, hətta Eskimosların da gözləri qıyıqdır. Bu ölkələrdə yaşayanların gözlərinin qıyıq olması çoxlarını maraqlandırır.

Göz quruluşu bütün insanlarda eynidir. Fərqi yaradan yalnız göz qapaqlarıdır. Qıyıq gözlü deyə səciyyələndirilən irqlərdə gözün üzərindəki göz qapağı gözün üstünə doğru daha çox enir. Bu vəziyyət gözün sanki dartılmış kimi görünməsinə səbəb olur.

Bəs bu, niyə belədir?

Bir nəzəriyyəyə görə, göz qapağının dərsinin dartılmış kimi görünməsinin səbəbi bu insanların gözlərini qar təbəqəsinin göz qamaşdıran işığından qorumaq üçün bir növ qar eynəyi kimi inkişaf etmişdir.

Buzlaq dövrünün təsiri

Yuxarıda göstərilən ərazilərin bəzilərinə qar heç yağmasa da, alimlər bu gün qıyıq gözlü deyə adlandırdığımız insanların atalarının son buzlaq dövründə Sibirdən, yəni Asiyanın qar və buzla örtülü ən soyuq zonasından cənuba, bu gün yaşadıqları yerlərə köç etdiklərinə inanırlar.

Bu qədər soyuq iqlimdə yaşayanların bədənlərinin iqlimə uyğunlaşmaqdan başqa çarələri yox idi. Sadəcə gözlər deyil, burun da küləyə ən az məruz qalacaq şəkildə kiçilib, burun deşikləri, nəfəs alınan hava ciyərlərə gedənə qədər isitsin deyə daralıb. Dəriləri də bu səbəbdən yağlıdır.

Bundan başqa, göz qapaqları digər tip göz qapaqlarına görə daha yağlı olduğundan, daha sallanmış dayanır və bu, gözü və iç təbəqələrini qardan və buzdan qoruyur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm