Qaraciyəri təmizləyən limonlu çuğundur suyu
Bizi izləyin

Tabloid.az

Qaraciyəri təmizləyən limonlu çuğundur suyu

Qaraciyəri təmizləyən limonlu çuğundur suyu

Çuğundur çox qiymətli təsərrüfat bitkilərindən biridir. Onun köklərində bir sıra faydalı maddələr var. Məsələn, ölkəmizdə becərilən çuğundurun köklərində 13-22 % şəkər olur. Yarpaqlarındakı rəngləyici boyaq maddəsindən şərab sənayesində istifadə edilir. Bundan başqa, yarpaqlarında C, A, B1 vitaminləri, üzvi turşular və s. maddələr müəyyən edilib. Çuğundurun kökləri isə C, B vitaminləri ilə, xüsusən beta-karotinlə daha zəngindir.

Son vaxtlar elmi təbabətdə çuğundurun təzə yığılmış köklərindən press altında sıxmaqla şirə alıb, xərçəng xəstəliyinin müalicəsində istifadə edilir.

Çuğundurun şirəsi xroniki mədə-bağırsaq xəstəliklərində də çox faydalıdır.

Çuğundur qan artıran bitkidir. Yarpağını və özünü bişmiş halda yemək dalaq, böyrək və sidik kisəsi xəstəlikləri üçün münasibdir. Ona bir qədər də xardal və sirkə əlavə etmək daha xeyirli olar. Çuğundurun yarpağının suyu və özü bəlğəmin dərmanıdır. Yarpağını bişmiş halda dəri üzərinə yaxmaq od yanığı, sızanaq və qızılyel üçün, xam yarpağının təpitmə halında qoyulması oynaq ağrılarına qarşı faydalıdır. Badam yağı ilə təpitməsi şişləri yumşaldır.

Qaraciyəri təmizləyən çuğundur detoksu

Çuğundur həm də qaraciyəri təmizləyən faydalı bitkidir. Çuğundur detoksu bədəni toksinlərdən təmizləyir. Tabloid.az çuğundur detoksunun faydaları və reseptini təqdim edir:

Çuğundur ödün qatılığını azaldır və qaraciyərin daha yaxşı işləməsini təmin edir. Nanə isə ödün on iki barmaq bağırsağa çatmasını sürətləndirir və bunun sayəsində qaraciyəri canlandırır.

Ərzaqlar:

1 ədəd çuğundur

1/4 stəkan təzə nanə yarpağı

Yarım limonun suyu

1-2 litr təzə içməli su

Hazırlanması:

Çuğunduru yaxşıca yuyun və dilimləyin. Suyun içərisinə atın və suyunun çıxmasını gözləyin. Daha sonra nanə yarpağı və limon suyunu çuğundurlu suya əlavə edin.

İçməzdən əvvəl soyuducuda 12-24 saat saxlayın. Bu qarışıq 4 gün soyuducuda xarab olmadan qala bilər. İçinə buz kubları ataraq da içə bilərsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm