Həyat yoldaşı Təranə Qumrala nə hədiyyə etdi?
Bizi izləyin

Tabloid.az

Həyat yoldaşı Təranə Qumrala nə hədiyyə etdi?

Həyat yoldaşı Təranə Qumrala nə hədiyyə etdi?

Tanınmış ifaçı Musa Musayev 21 ildir sevib, seçdiyi xanımı Təranə Qumrala Sevgililər günü sürprizi edib. Musa Musayev həyat yoldaşı üçün "Sevgimizə göz dəyər" adlı yeni mahnısını arenjeman etdirib və mahnıya klip hazırlatdırıb. Bundan əlavə səhər tezdən M. Musayev Təranə Qumrala böyük gül çələngi hədiyyə edib. Özünü dünyanın ən xoşbəxt qadını hesab edən Təranə Qumral təəssüratlarını tabloid.az-la bölüşüb:

"Musaya bugünkü gün üçün təşəkkür edirəm. Amma ona nə qədər təşəkkür etsəm azdır. Musa da, mən də bir həyat boyu bir-birimizə dayaq olmuşuq. Həm çətin, həm firavan günlərmizi bir yaşamışıq. Əsas isə sevgi dolu yaşamışıq...21 ildir ailəliyik, gözəl balalarımız var. Övladlarım da öz sevdikləri, seçdikləri insanlarla birlikdədirlər. Bizim sevgimizdən Sevgim qızım dünyaya gəlib. Bu da Musa ilə olan sevgimizin gücünü, qüdrətini, tükənməzliyini göstərir. Bizim üçün sevginin günü yoxdur. Çünki biz bir-birini sevirik və hər gün bizim üçün sevgililər günüdür".

Yeni mahnısını da ağız dolu tərifləyən Təranə Qumral qeyd edib: "Yeni mahnımız "Sevgimizə göz dəyər" adlanır. Allah bütün sevənləri göz nəzərdən qorusun. İnanıram ki, bu mahnı sevənlərin sevgi himninə çevriləcək. Çünki "Sevgimizə göz dəyər" mahnısı məhz bir-birinə aşiq olan sevgililər üçün nəzərdə tutulub".

Cütlüyün "Sevgimizə göz dəyər" adlı yeni mahnısını sizə təqdim edirik:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm