Berlin festivalının ən gözəl libasları - Fotolar
Bizi izləyin

Tabloid.az

Berlin festivalının ən gözəl libasları - Fotolar

Almaniyanın paytaxtında 65-ci Berlin kinofestivalının bağlanış mərasimi baş tutub

Almaniyanın paytaxtında 65-ci Berlin kinofestivalının bağlanış mərasimi baş tutub.

Festivalın bağlanış gecəsində qaliblərin adları açıqlanıb.

Berlin kinofestivalının "Qızıl ayı" mükafatına layiq görülənlərin tam siyahısı belədir:

"Ən yaxşı film" – Cəfər Pənahini, "Taksi"

Münsif Qran-prisi - Pablo Larraina, "Klub"

"Ən yaxşı aktyor" - Tom Kortni, "45 il"

"Ən yaxşı aktrisa" - Şarlotta Remplinq, "45 il"

"Ən yaxşı rejissor" - Radu Jude, "Bravo!" və Malqocata Şumovska, "Bədən"

"Ən yaxşı operator filmi" - Sturla Brandt Qrvolen, "Viktoriya", Yevqeniy Privin və Sergey Mixalçuk, "Elektrik buludları altında"

"Ən yaxşı ssenarist" - Patrisio Qusman, "Şəffaf düymə"

"Ən yaxşı debüt" - Qebriela Ripşteyn, "600 mil"

Qeyd edək ki, 5-15 fevral tarixlərində keçirilən festival bu dəfə də rəngarəng görüntülərə səhnə olub. 65-ci dəfə baş tutan festivala bir-birindən məşhur ulduzlar axın ediblər.

Xüsusilə də cazibədar aktrisalar yenə şıqlıq yarışına girərək ən dəbli libaslarla zövqlərini nümayiş etdiriblər.

Tabloid.az stilləri ilə festivala damğa vuran gözəlləri təqdim edir:

Fevralın 6-da aktrisa Nikol Kidman qara rəngli “Louis Vuitton”, ayın 7-də isə “Valentino Sala Bianca” imzalı ağ rəngli geyimi ilə bütün diqqətləri üzərinə çəkməyi bacarıb.

Николь Кидман в Louis Vuitton

Николь Кидман в Valentino Sala Bianca Haute Couture

Cazibədar ulduz Cena Meloun isə yaratdığı iki fərqli obrazla hər kəsi təəccübləndirib. “Valentino” imzalı libası ilə ilin trendlərini yaxalayan gözəlçə, ikinci gün geyindiyi “Roksanda” imzalı geyimi ilə daha ciddi imicə bürünüb.

Джена Мэлоун в Valentino

Джена Мэлоун в Roksanda

Natali Portman isə müxtəlif günlərdə festivala iki dəfə “Christian Dior”, bir dəfə də “Lanvin” imzalı geyimləri ilə qatılıb. Aktrisa ağ və qara rəngə üstünlük verib. Onun hər üç obrazı bəyənilib.

Натали Портман в Christian Dior

Натали Портман в Lanvin

Натали Портман в Christian Dior

Nataliya de Molina, Meysi Uilyams, Luize Heyer, Elizabet Benks, Şarlotta Qensbur, Helen Miren, Alessandra Mastronardi kimi məşhur ulduzlar da gözəllikləri və zövqlü seçimləri ilə festivala damğa vurublar.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm