Rəssam Rafiq Əzizov fəxri ada layiq görülüb
Bizi izləyin

Tabloid.az

Rəssam Rafiq Əzizov fəxri ada layiq görülüb

Tanınmış rəssam Azərbaycan Rəssamlar İttifaqının və YUNESKO Rəssamlar İttifaqının üzvüdür.

“Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülmüş görkəmli rəssam Rafiq Əzizovun mükafatı təqdim olunub. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev prezident İlham Əliyevin 2014-cü ilin 18 dekabr tarixində “Əməkdar incəsənət xadimi” fəxri adı verilməsi haqqında imzaladığı sərəncamın icrası çərçivəsində mükafatı Rafiq Əzizova təqdim edib.

Qeyd edək ki, Rafiq Əzizov 1996-cı ildən bu günə kimi İstanbul Yeditəpə universitetində müəllim heyətinin üzvü vəzifəsində çalışır. Rəssamın 1983-cü ildən günümüzə qədər Türkiyədə və xarici ölkələrdə 30 fərdi sərgisi keçirilib. Bundan başqa 50-dən çox qarışıq sərgilərdə iştirak edib və əsərləri hərracda satılıb. Hazırda Türkiyənin dövlət muzeylərində Rafiq Əzizovun 155 ədəd tarixi mövzuda yağlı boya əsərləri var. Tanınmış rəssam Azərbaycan Rəssamlar İttifaqının və YUNESKO Rəssamlar İttifaqının üzvüdür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm