
Viktoriya Bekhem payız-qış kolleksiyasını Nyu-Yorkda nümayiş etdirib. Tabloid.az xəbər verir ki, yaradıcılığında minimalizm prinsiplərini əsas götürən Viktoriya Bekhem yeni kolleksiyasında da bu qaydadan kənara çıxmayıb. Modelyerin ağ və qara rənglərdən ibarət kolleksiyası sadəliyi sevən müştərilərini sevindirəcək.
Kolleksiyada dizdən aşağı ətəklər, yun asimmetrik kəsimli paltarlar və vodolazkalar yer alıb.