Tarkan yas içində
Bizi izləyin

Tabloid.az

Tarkan yas içində

Türkiyəli müğənni yas saxlayır.

Türkiyədə 20 yaşlı Özgecan Aslana qarşı törədilən dəhşət bütün Türkiyəyə səs salmaqla yanaşı, dünyanın əksər ölkələrinin də ana xəbərinə çevirlməyi bacarıb. 3 orta yaşlı kişinin avtobusda 18 yaşlı qızı zorlaması, sonradan onu doğrayıb yandırması xəbəri hər kəsə şok yaşadıb.

Türkiyənin meqastarı Tarkan da baş verənlərə biganə qalmayıb. O, törədilən dəhşət haqda fikirlərini sosial şəbəkədə bildirib:

“Bu gün mən də qara geyindim. Özgecan Aslan üçün yas saxlayıram. Bu ölkədə qadına qarşı şiddət və cinayətləri bildikcə içim yanır və kişiliyimdən utanıram. Qadına qarşı şiddət Türkiyənin ən böyük ayıbı və utancıdır və Türkiyə bu ləkədən ancaq hüquqla qurtula bilər. Buradan hökümətə və şəlahiyyətli şəxslərə səslənirəm. Qadınlarımızın şiddət görməsinə, öldürülməsinə artıq göz yummayın. Ciddi cəza və qanunlarla bunun qarşısına keçin artıq. Nəyi gözləyirsiniz?

Daha artıq qadının öldürülməsini?”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm