Elnarə Abdullayevanın oğlu anasının əleyhinə çıxdı
Bizi izləyin

Tabloid.az

Elnarə Abdullayevanın oğlu anasının əleyhinə çıxdı

Elnarə Abdullayevanın oğlu anasının əleyhinə çıxdı

"A-dan Z-yə" şousu bu həftə də maraqlı hadisələr ilə yadda qalıb. Tabloid.az-ın məlumatına görə, "Bakı Film"in təqdimatında yayımlanan verilişin əsas qonağı məşhur xanəndə Elnarə Abdullayeva olub. Proqramın yaradıcı heyyəti sənətçinin ailə üzvləri ilə görüşərək müshibələr götürüb. E.Abdullayevanın həyat yoldaşı söhbət zamanı xanımını döydüyünü bildirib. O, buna səbəb olaraq xanənənin toylardan birindən gec qayıtmasını göstərib.

Verilişdə sənətçinin şəxsi həyatı barədə bu günə qədər bilmədiyiniz bir çox məqamlar ortaya çıxıb. Bir müddət öncə aralarında qalmaqal yaşanan Xatirə İslam və Elnarə Abdullayeva bu verilişdə üz-üzə gələrək söz-söbətə aydınlıq gətiriblər. Hətta aralarında heçbir problemin qalmadığını, çox mehrban münasibətdə olduqlarını bildiriblər. Sənətçilər arasında baş verən narazılığa Elnarə xanımın efir vasitəsi ilə oğluna heç vaxt müğənni almayacağını deməsi olmuşdu.
Bundan başqa, "A-dan Z-yə" komandası E.Abdullayeva üçün maraqlı sürpriz də hazırlayıb. Elnarə xanımın xəbəri olmadan oğlu studiyaya dəvət edilib. Studiyaya gələn oğul isə söylədikləri ilə anasına qarşı çıxıb: "Mən anam ilə razı deyiləm. Müğənnidən müğənniyə fərq var. Hər şey ola bilər. Ola bilsin ki, gələcəkdə sənətçi xanım ilə ailə həyatı qurum".

Fotoqraf İlqar Muradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm