“Outlet” nə deməkdir?
Bizi izləyin

Tabloid.az

“Outlet” nə deməkdir?

“Outlet” nə deməkdir?

Son zamanlarda bahalı markaların təklif etdiyi "Outlet" mağazaları çox aktualdır. Bəs, görəsən, "outlet" nə deməkdir və niyə burada satılanlar ucuzdur? Tabloid.az bu yazıda "outlet"-in nə demək olduğunu açıqlayıb.

15-20 il əvvəl kübar xanımlar və sənətkarlar İtaliyada, Fransada keçirilən "outlet" turlarına qatılır, çamadanlarını məşhur markaların "outlet"-lərindən aldıqları ucuz paltarlarla doldurub gəlirdilər.

Sonra da "Parisdən almışam, İtaliyadan almışam" deyərək, ədalı-ədalı gəzərdilər.

"Outlet" mağazaları, adətən, istehsal mərkəzlərinə yaxın bölgələrdə yerləşir. "Outlet"lərdə alış-veriş etmək istəyənlər üçün şəhər kənarından turlar təşkil olunur.

"Outlet" İngilis sözü olub "çölə çıxılacaq yer, çıxış yeri" mənasını verir. Ölkə xaricində "Outlet Center" olaraq ifadə edilən mağazalarda yer alan məhsullar mağazanın siyasətinə görə fərqli ola bilər. Bahalı markaların geyim və ayaqqabılarını il boyu "Outlet"lərdən böyük endirimlə əldə etmək mümkündür. Məsələn, mövsümü keçmiş, vitrində istifadə olunmuş, deffektli olaraq təyin olunmuş, geri göndərilmiş məhsullar mağazaların siyasətinə görə "Outlet"lərdə yer ala bilər.

"Outlet" mərkəzlər — şoppinq məkanları

Xaricdə "outlet" mərkəzlər məşhur şoppinq məkanına çevrilirlər. XX əsrin 70-ci illərində ABŞ-da yaranan və 90-ci illərin sonunda məşhurluğun zirvəsinə çatan "outlet" mərkəzlər inkişaf etmiş ölkələrdə ildən-ilə daha da genişlənir. Son ildə belə mərkəzlərdə satışların həcmi 52 faiz artıb.

Bir qayda olaraq, belə dükanlarda ötən mövsümlərin modelləri satılır. Beləliklə, tanınmış brendlərin mallarını bəzən hətta 90 faizə çatan endirimlərlə əldə edə etmək olur.

Bundan başqa, "outlet" mağazalarda satmaq üçün daha aşağı keyfiyyətli və ucuz məhsullar istehsal edilir. Bunların etiketində ikinci keyfiyyət və ya "outlet" yazılır. "Outlet" mağazalarından alış-veriş edərkən buna diqqət etmək lazımdır. "Outlet"lərə getməzdən əvvəl o markanın normal mağazalarındakı qiymətlərini nəzərdən keçirin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm