Sərdar Ortaç qumar oyunlarına marağından danışdı
Bizi izləyin

Tabloid.az

Sərdar Ortaç qumar oyunlarına marağından danışdı

Sərdar Ortaç: “Qumar oynamağa at yarışlarından başladım”

“20 ildə 50 milyon doları iştahla “yedim”. Amma artıq çox qənaətciləm, pulları diqqətlə xərcləyirəm”.

Bu sözləri Türkiyənin məşhur ifaçısı Sərdar Ortaç həmin ölkədə çıxan “Radikal” qəzetinə açıqlamasında bildirib. Tabloid.az xəbər verir ki, qumara qurşandığı illərdən danışarkən S.Ortaç qazandığı sərvəti qumarda itirdiyini qeyd edib. Pop-ulduzun sözlərinə görə, o, qumarda 50 milyon dollar uduzub: "Qumara 1994-cü ildə at yarışlarından başladım. 2014-cü ildə evləndikdən sonra isə birdəfəlik tövbə etdim. Bu, narkotik və alkoqoldan da betər xəstəlikdir. Hər biri 5 mərtəbəli 5 villam, 6 maşınım vardı. Banklarda milyonlarım yatırdı. İndi isə icarəyə götürdüyüm avtomobil və kreditini ödəməyə çalışdığım evimdən başqa heç nəyim qalmayb”.

.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm