Sevinc kilp təqdimatına göy saçlarla gəldi -Video, Fotolar
Bizi izləyin

Tabloid.az

Sevinc kilp təqdimatına göy saçlarla gəldi -Video, Fotolar

Sevinc Ağaşirinova - Fotolar

Bu gün gənc müğənni Sevinc Ağaşirova media əhlini ətrafına toplayaraq “Buyur yanımda əyləş” adlı klipini təqdim edib.

Müğənni klipini Gürcüstanda, daha dəqiq desək, qarlı Bakuryanidə lentə aldırıb. Klip yalnız görüntülərdən ibarətdir. Klipin heç bir sujet xətti yoxdur.

Tədbirdə qonaq olan prodüser Tolik məlumat verib ki, mahnı ilk dəfə Nabranda olarkən Əhməd Mustafayev tərəfindən bəstələnib. Sonradan Sevincə təqdim olunub.

Müğənni tədbirdə həmkarlarının onu qısqandığını bildiyini və bunu normal qəbul etdiyini də əlavə edib.

Klip təqdimatında həmçinin müğənni Sevinc Ağaşirinovanın müəllimi İntiqam Kərimov da iştirak edib. O, Sevincin səsinin yüksək diapozona malik olduğunu vurğulayıb və Sevincin rok ifa etməsini istəyib. Lakin bugünkü tələbatı anlayaraq bunun mümkün olmadığını vurğulayıb.

Müğənni tabloid.az-a açıqlamasında saçlarını göyə boyatmasının səbəbini belə izah edib:

“Sadəcə fərqli olmaq istədim. İstədim ki, klip təqdimatında jurnalistlərin, tamaşaçıların qarşısına adət etdikləri formada çıxmayım. Saçlarımı göyə boyatdırmağımın heç bir xüsusi anlamı yoxdur”.

Qeyd edək ki, klipin rejissoru Zamiq İbrahimovdur. Operator Hüseyn Bağırovdur.

“Buyur yanımda əyləş” mahnısının musiqisi Əhməd Mustafayevə, sözləri isə Samir Quliyevə aiddir.

Tabloid.az müğənninin yeni klipini və tədbirdən fotoları təqdim edir.

Fotoqraf Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm