Monika Belluççi gənc görünmək üçün bunu da etdi – Fotolar
Bizi izləyin

Tabloid.az

Monika Belluççi gənc görünmək üçün bunu da etdi – Fotolar

Gözəlliyi ilə əfsanələşən italyan aktrisa Monika Belluççi televiziya proqramlarından birinə qonaq olub

Gözəlliyi ilə əfsanələşən italyan aktrisa Monika Belluççi televiziya proqramlarından birinə qonaq olub. 50 yaşlı aktrisa gənc görünüşü ilə hər kəsi təəccübləndirib.

Monika Belluççi “Dolce&Gabbana” imzalı dar, güllü libası və hündürdaban ayaqqabıları ilə olduqca seksual görünüb. Hətta aktrisanın paltarı o qədər dar olub ki, o yeriməkdə çətinlik çəkib və pilləkənləri aparıcının köməyi ilə enməli olub.

Verilişdə yeni çəkildiyi “Ceyms Bond” filmindən və ən yaşlı "Bond qızı" kimi çıxışından danışan aktrisanın gənc görüntüsü birmənalı qarşılanmayıb.

Müsahibələrinin birində “50 yaşlı qadının 20 yaşlı gənc qız kimi görünməyə çalışması gülünc görünür”, deyən Monikanın sözləri ilə davranışlarının üst-üstə düşmədiyi hər halından görünür.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm