Tabloid.az
Azərbaycanlı modelyer “Vampirlər” kolleksiyasını təqdim edib - Foto
Modelyer Şəlalə Maqsudova yeni “Vampirlər” kolleksiyasını təqdim edib. Kolleksiyada vəhşi obrazlarda olan insanlar canlandırılıb. Modelyer bu kolleksiya ilə bəzi insanlara ayna tutmaq istəyini deyir. Ş.Maqsudova azğınlaşan, qəddarlaşan, var-dövlət, ad-san üçün iyrənc əməllərə əl atan insanların vampirləşdiyini ön plana çəkib:
“Bəzi insanlar bu vampirlərə baxanda qıraqdan çox eybəcər göründüklərini görsünlər. Insanlar zalımlaşıb, qəddarlaşıblar, bir-birilərindən istifadə edirlər, işlərini yoluna qoymaq üçün min cür dona girirlər. Amma işləri düzələndə iyrənc sifətləri ortaya çıxır. Ətrafımızda zalım, qaniçən, rəzil insanlar çoxdur. Bu kolleksiyam vasitəsilə onlara demık istəyirəm ki, bir gün iyrənc əməllərinizə görə cavab verəcəksiniz. Mən də vampir kimi insanlarla çox rastlaşmışam, lakin yaxşı dostlarımın sayəsində yenidən həyata dönüb yaradıcılıqla məşğul olmuşam”.
Qeyd edək ki, bundan əvvəl modelyerin “İlan ili” və “Ağ-qara”
dünyam kolleksiyaları maraqla qarşılanıb.
Bir aya ərsəyə gələn kolleksiya üçün fotosessiya da edilib.
Layihədə olan obrazların qrimini vizajist Esmira İsmayılova
işləyib. Fotoların müəllifi Ruslan Teymurfilatovdur. Kolleksiyada
10 model iştirak edib. Onlar Adil İsmayılov, Anar Maqsudov, Mehdi
Babazadə, Sevinc Əliyeva, İlhamə Əliyeva, Pərvin Əliyevadır.
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO