Uşaqları gonbul olan ailələr cərimə ödəyəcəklər
Bizi izləyin

Tabloid.az

Uşaqları gonbul olan ailələr cərimə ödəyəcəklər

Kök uşaqların ailələrinə cərimə tətbiq ediləcək

Puerto Rikoda bütün dünyanın marağına səbəb olan qərar qəbul edilib. Belə ki, ölkədəki uşaqların 28 faizinin artıq çəkidən əziyyət çəkdiyini nəzərə alan ölkə səlahiyyətliləri kök uşaqların ailələrinə cərimə tətbiq ediləcəyini açıqlayıblar.

Ölkədə artıq çəki ilə mübarizə aparmaq məqsədilə qanun layihəsi hazırlanıb. Buna əsasən, valideynlər müəyyən vaxt ərzində uşaqlarını arıqlada bilməsələr 800 dollar cərimə ödəməli olacaqlar.

Qanuna əsasən, müəllimlər məktəblərdəki potensial kök uşaqları təsbit edərək ailələrə xəbərdarlıq göndərməlidirlər.

Səhiyyə Nazirliyi nəzarətində kök uşaqlar 6 ay müddətində pəhriz saxlayıb arıqlamalıdırlar.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm