Aytac Vidadiqızı Afaq Aslanı məhkəməyə verir?
Bizi izləyin

Tabloid.az

Aytac Vidadiqızı Afaq Aslanı məhkəməyə verir?

Bu haqda müğənninin prodüseri Aynur Əliyeva tabloid.az-a danışıb.

Ötən həftə müğənni Afaq Aslanla həmkarı Aytac Vidadiqızı qarşı-qarşıya gəldi. Aytac Vidadiqızının həmkarı barədə üstüörtülü dedikləri Afaq Aslanın çox mətləblərin gizləndiyi sirr sandığını açması ilə nəticələndi. "Fürsət bu fürsətdir" deyərək gözünü yumub ağzını açan Afaq Aslan həmkarının cinsi azlıqların nümayəndəsi olduğunu bəyan elədi. Şəxsən özünün Aytacdan belə bir təklif aldığını dilə gətirən Afaq xanım Aytac Vidadiqızını nəinki onun adını çəkdiyinə, hətta müsahibə verdiyinə peşman elədi. Hər halda Afaq Aslanın ittihamını qarşı tərəfin cavabsız buraxması belə deməyə əsas verir. Belə ki, Tabloid.az olaraq, Aytac xanımla əlaqə saxlayaraq dəfələrlə məsələyə münasibət öyrənməyə cəhd etsək də, ifaçı bu haqda danışmaqdan imtina edib. Bəs, müğənni barəsində deyilənlərə hüquq müstəvisində aydınlıq gətirmək niyyətində deyil?

Bu sualımızı da cavabsız qoyan müğənninin prodüseri Aynur Əliyeva Tabloid.az-a açıqlamasında A.Vidadiqızının susma səbəbini belə məsələlərlə gündəmə gəlmək istəməməsi ilə izah edib:

“Aytac, adından da göründüyü kimi, sənətkar qızıdır. O, Vidadi Bərdəlinin qızıdır. Onun ucuz reklama ehtiyacı yoxdur. Boş-boş söhbətlərə cavab verib heç kəsi gündəmə gətirmək istəmirik. Aytac sənətlə, ifa etdiyi mahnılarla gündəmə gəlmək istəyir. Hazırda yeni mahnılar üzərində çalışırıq. Bizi yalnız sənət maraqlandırır. Qızıldan dəyərli vaxtımızı da lazımsız adamlara və lazımsız söhbətlərə itirmək istəmirik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm