Saçların tez uzanması üçün ona qulluq qaydaları
Bizi izləyin

Tabloid.az

Saçların tez uzanması üçün ona qulluq qaydaları

Saçların tez uzanması üçün saça qulluq vasitələri

Müasir dövrdə qadınlar müxtəlif saç düzümlərinə üstünlük verirlər. Sıxıcı və eyni görünməmək üçün kimi saçının rəngini, kimi də fasonunu tez-tez dəyişir. Bu isə saçların uzanmasına mane olur.

Saçlar hər zaman xüsusi qulluğu sevir. Bu baxımdan saçları hər zaman küləkdən, qardan, günəşdən, duzdan, qumdan və xlordan qorumaq lazımdır. Həmçinin saç üçün hazırlanmış xüsusi qoruyucu məhsullardan istifadə etmək məsləhətdir. Tabloid.az saçın tez uzanması və sağlam olması üçün ona düzgün qulluq qaydalarını təqdim edir:

  • Saçı çox isti su ilə yumayın.
  • Qaynar fendən istifadə etməyin, ən yaxşısı isə saçın öz-özünə qurumasına imkan verin.
  • Saçlarınızın dibini hər gün masaj edin. Bunu əlinizlə etməyə tənbəllik edirsinizsə, şotka-daraqlardan istifadə edin.
  • Saçı yuduqdan sonra bir neçə dəqiqə dəsmalla qurulayın. Amma sərt silməyin.
  • Saçlarınızı gündə bir neçə dəfə müxtəlif istiqamətlərdə darayın, bu saçları daha elastik və parlaq edəcək. Ən yaxşısı taxta daraqlardan istifadə edin. Çünki taxta daraqlar saç diblərinin qan dövranını sürətləndiir. Bu isə saçların sağlam və güclü olması deməkdir.
  • Şampun seçimi də önəmlidir. Bu zaman mütləq saçınızın tipini dəqiqləşdirin.
  • Saçınızı ancaq sizin tipə uyğun şampunla yuyun.
  • Saçınızda tağ ayırırsınızsa, onun yerini tez-tez dəyişin ki, həmin yerdə saçlar tökülərək, keçəllik əmələ gətirməsin.
  • Saçınızın qırıq, haçalanmış uclarının uzanmasına imkan verməyin. Unutmayın ki, kimyəvi maddələrin təsirindən 5-6 ay sonra saçlar "süpürgə" şəklini alır.
  • Saçları yumaq üçün istifadə etdiyiniz vasitənin tərkibində yumşaldıcı olmasına nəzarət edin.
  • Əgər saçlarınızı tez-tez yumanıza baxmayaraq, onlar sürətlə yağlanırsa, deməli, siz yağlı saçlar üçün olan şampun almalısınız.
  • Yox, əgər saçlarınız quru, solğun, ucları haçalı və tez dolaşandırsa, quru və zədələnmiş saçlar üçün şampun almalısınız. Bu cür şampunlar həm də kimyəvi maddələrdən və boyamadan sonra yanmış saçlara da məsləhət görülür.
Oxumağa davam et
Reklam
Reklam

Gündəm