Canlı yayımda qalmaqal - Aşıq Əli ilə Aşıq Həşim qarşı-qarşıya
Bizi izləyin

Tabloid.az

Canlı yayımda qalmaqal - Aşıq Əli ilə Aşıq Həşim qarşı-qarşıya

Canlı yayımda aşıqların sözü çəpləşdi

“Gündəlik” verilişində bu dəfə aşıqların sözü çəp gəlib. Tabloid.az xəbər verir ki, Aşıq Əli və Aşıq Həşim arasında başlayan qalmaqal peşəkarlıq üstündə düşüb. Aşıq Həşim həmkarının peşəkar olmadığını deyərək onu "əzbərçi" adlandırmaqdan çəkinməyib: "Mən gəlmişəm ki, meydanıma aşıq gəlsin. Mən demirəm Aşıq Əli, ya da aşıq Telli pisdir. Bəlkə də onların əzbər dediklərini mən heç birlmirəm. Mənə bir dodaqdəyməz deyin, mən də dodaqdəyməz deyim”.

Aşıq Əli isə söz xatirinə deyilən dodaqdəyməzi mənasız adlandırıb: “Dodaqdəyməz deyəcəksiniz, onun duzu olmayacaq. Qafiyə xətrinə söz deməyə nə var ki?”.

Aşıq Həşimin aşıq Əliyə "Sən heç 5 kəlmə dodaqdəyməz deyə bilmirsən", - deməsi ilə iki aşıq arasında deyişmənin axarı daha sərt xarakter alıb. Belə ki, aşıq Həşim aşıq Əlini yaradıcılığının özfəaliyyət səviyyəsində olduğunu deyib.

Aşıq Əlinin Həşimin söz növəsinə müdaxilə etməsi, ondan əvvəl davranaraq söz deməsi isə ikincini əsəbləşdirib. Aşıq Həşim sözünü saxlayaraq ona xəbərdarlıq etməli olub: “Aşıq Əli ağıllı ol. Növbəmə girmə.. Ağıllı ol”

Aşıq Həşimin həmkarını özünün "sagirdi" adlandırması isə aşıq Əlinin deyişməni dayandırması ilə nəticələnib.

Aşıq Həşim Əlinin bütün dediklərini mənasız adlandırdı: “Hər şey havadır. Bütün dedikləri isə əzbərdir”.

Verilişin aparıcısı Mətanət Əliverdiyeva isə söhbətin qızışdığını görüb kimin yaxşı olmasını tamaşaçıların alqışlarının ixtiyarına buraxıb ki, alqışlar da daha çox Aşıq Əliyə gəlib.

Tamaşaçıların alqışlarının Əliyə olduğunu görən aşıq Həşim bunu həmkarının efirdə çox görünməsi ilə əlaqələndirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm