Tabloid.az
Kişiyə ilk görüşdə xoş təəssürat yaradan məqamlar
İlk görüşdə kişilər qadın haqqında çox az məlumatlı olduğu üçün onu başdan-ayağa süzür və geyimindən necə biri olduğunu anlamağa çalışırlar. Bu zaman qadının xarici görünüşü bir növ informasiya ötürücüsü olur.
Aparılan tədqiqatlar da göstərir ki, kişilər ilk görüşdə gözəlliyə fikir verirlər. Cəlbedici və gözəl görünməkdə saçlar, makiyaj, ətirlər və geyim seçimi çox önəmlidir.
Saçlar
Kişilərin diqqətini cəlb etməkdə vacib komponentlərdən biri saçlardır. Bu baxımdan saçları hər vaxt təmiz və baxımlı saxlamaq lazımdır. Saçlarınızdan şikayət edirsinizsə, onu təbii üsullarla gözəlləşdirməyə çalışın. Mütəxəsisslər zədələnmiş saçların bərpası və müdafiəsi üçün arqan yağını məsləhət görürlər. Bu yağ arqan ağacının qabıqlı meyvəsinin çəyirdəyindən əldə edilir. Tərkibi E vitamini və antioksidantla zəngin olan arqan yağı digər vasitələr kimi saç qulluğunda geniş istifadə olunur.
Makiyaj
Gözəl, cəlbedici görünmək üçün makiyaj təbii və yüngül olmalıdır. Çünki şişirdilmiş makiyaj qadının xarici görkəminə pis təsir göstərir.
Ətirlər
Qadın gözəlliyinin əsas elementlərindən biri də ətirdir. Ətirlər pambıq, yun kimi təbii liflə toxunmuş parçalarda çox qalıcıdır və rahat yayılar. Sintetik liflərdə yayılması və qalıcılığı azdır.
Kişilərin diqqətini çəkən bu məsələyə həssas yanaşmaq vacibdir. İlk görüşdə bu, önəmlidir. Seçdiyiniz parfümdən kişi təsirlənməlidir. Görüşdən sonra belə qoxunu xatırlamalıdır.
Ayaqqabı seçimi
Bəzi kişilər qadın gözəlliyində dikdaban ayaqqabılara fikir verir. Xanımlar dikdaban ayaqqabıda daha özünə inamlı təəssürat yaratdığı üçün kişidə ilk görüşdə xoş təəsürrat yaradır.
İlk görüşdə və vacib günlərdə təbii gözəlliyə rəng qatan bütün cəhətlər nəzərə alınmalıdır. Bütün bunlar əks cinsin yaddaşında xoş xatirələr yaradacaq.
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia