Tabloid.az
Röya: “Mən Anara layiq deyiləmmiş...”
O, çoxlarının səhnəyə gəlib, amma illərlə çata bilmədiyi zirvəyə
yüksəldi. Bu qarabuğdayı, arıq bir qızın səhnənin ən parlaq
simasına çevriləcəyi çoxları üçün gözlənilməz olsa da, səsi,
sənətdə göstərdiyi cəsarəti onu ulduza çevirdi. Onu sevən toplum
əsasən gənclərdən ibarət olsa da, yaşlı nəsil də onu sevir,
dinləyir. Tanınmış xanəndə və pedaqoq, xalq artisti Mənsum
İbrahimov onun səsinin estrada səhnəsində seçilən, fərqlənən səs
tembri kimi xarakterizə edir. Məşhur xanədə deyir ki, “onu
fərqləndirən, ilk növbədə, səs tembridir. Səs tembri fərqli və
ürəyəyatandır. İkincisi də ifa qabiliyyəti güclüdür”. Çox
sənətçinin röyasında belə görə bilmədiyi səhnə həyatını gerçəyə
çevirdi Röya! Röyadan müsahibə alan zaman gözlərində kədər gördüm.
Şəxsi həyatı ilə bağlı sualları cavablandırarkən gah kövrəldi, gah
balaca uşaq kimi oldu Röya. “Mənim başqa ərim olmayacaq” deyən
Röyanı çox incitmək istəmədim, söhbəti yekunlaşdırdım.
Tabloid.az Röya atvxeber.az-a eksklüziv müsahibə verib:
- Röya xanım, necəsiz?
- Çox yaxşı. Təşəkkür edirəm.
- Türkiyədə işləriniz necədir?
- Türkiyədə, həm də ki, Bakıda işlərimi görürəm. Şükür, hər şey
yaxşı gedir. Cəmi 3 mahnımız qalmışdı, oxumalı idim. Oxudum və
sonra qulaq asdım ki, ikisini bəyənmirəm. Həmin iki mahnını təzədən
oxudum, lentə aldırdım. Mart ayı üçün həm verilişim, həm də ki,
İstanbulda olan yeni layihəm işıq üzü görməlidir.
- Yeni verilişiniz olan “Röya show” barədə bir az
oxucularımızı məlumatlandırardınız.
- Mən neçə illərdir ki, bunu istəmişəm. Hər dəfə bir problem
çıxırdı və bu istəyim müəyyən müddətlik təxirə salınırdı. Efirə
tez-tez çıxmaq istəmirdim. Amma öz dostlarım idi deyə, imtina edə
bilmirdim. Sonra yavaş-yavaş "yox" deməyi öyrəndim və buna alışdım.
Amma indi anlayıram ki, həftədə bircə dəfə verilişim olsa, hər kəsə
xoş olar. Həm də mən mənfi enerjili qadın deyiləm. Düşünmürəm ki,
ay mənim barədə nə deyərlər, nə danışarlar. İstəyirəm ki,
qarşımdakının əhvalı xoş olsun. O mənim haqqımda nə düşünəcək - bax
məni maraqlandırmır.
- Ancaq belə deyirlər ki, Türkiyə şou-biznesinə
qatılmağa dəyməz...
- Bilirsən, Əfruzə, biz heç hara qatılmırıq. Sadəcə yerində
saymaqdan tükənirsən. İstəyirsən, nəsə yenilik edəsən, başqa
yerlərdə də iş görəsən. Mənim Gülşənlə münasibətim var. Bu insan
bir həftə İstanbulda ola bilmir. Adana, Ankara, İzmir gəzir... Hər
biri də Türkiyənin içidir, heç də uzaq deyil. Bizdə cəmi Bakıdır.
20 illik azad ölkəyik. Biz başqa yerdə iş görürüksə, bu qatılmaq
deyil, sadəcə yerimdə saymıram. Mən ulduz oldum, ildə bir neçə
konsert verdim, nə mahnı oxuyuram, hit olur, ayda bir neçə verilişə
çıxıram, bəs sonra nə edim? Mənim də axı içimdə enerjim var və onu
necəsə çıxartmalıyam.
- Bəs siz həmin enerjini hansı səmtə
yönəldirirsiniz?
- Mən həmin enerjini ya narkotikə, ya içkiyə, ya da ki, yaxşı
bir işə sərf etməliyəm. Mən üçüncünü seçmişəm və öz yolumdayam.
Düşünürəm ki, incəsənətdə ən yaxşı işləri görən qızam. Allah məni o
gündən qorusun ki, meylimi narkotikə, içkiyə salım.
- Sonerlə konsert olacaq. Nə var
planda?
- Bəli. Soner azərbaycanlıdır, sevgi dolu bir insandır. Ayın 8-i
konsertdir. Mən inanıram ki, o da, mən də qadınlara çox pozitiv
enerji verəcəyik.
- Röya xanım, bir az şəxsi həyatdan danışaq. Ola bilərmi
ki, həyatınızda ikinci evlilik olsun?
- Düşünmürəm. Amma həyat mənə elə dərslər verdi ki, mən heç vaxt
etmərəm, bilmirəm sözlərini demərəm. Amma mənim heç vaxt ikinci
ərim olmayacaq.
- Niyə? “Zaman hər şeyi unutdurur”
deyirlər...
- Yox. Mənim ərim bir nəfər idi. Oldu və bitdi. Vəssalam. Ondan
başqa heç kəsi istəmirəm.
- Birdən Anar bəyin həyatında ikinci evlilik olsa, nə
hiss edərsiniz?
- Xoşbəxt olsun. O məndən qat-qat artıq adam idi. Mən ona layiq
deyiləmmiş...
- Çox sağ olun, uğurlar.
- Siz çox sağ olun.
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL