Amerikanın tanınmış brendi yeni kolleksiyasını nümayiş etdirdi - Fotolar
Bizi izləyin

Tabloid.az

Amerikanın tanınmış brendi yeni kolleksiyasını nümayiş etdirdi - Fotolar

Amerikanın tanınmış brendi yeni kolleksiyasını nümayiş etdirdi

Amerikanın və xanımların sevimli moda evi "Zac Posen" Nyu-York moda həftəsi çərçivəsində yeni kolleksiyasını nümayiş etdirib. Dünya ulduzları və özəl günlər üçün hazırladığı geyim nümunələri ilə tanınan dizayner Zak Posen yeni kolleksiyasında daha sadə və kokteyl donlarına yer verib.

Lakin "Donna Karan" moda evindən fərqli olaraq, Zak Pozen rənglərdə daha cəsur davranıb. Narıncı, portağal, çəhrayı, qırmızı kimi parlaq rənglər xanımlara qışın soyuğunu unutdaracaq. Bir sözlə desək, sizin obrazınızı darıxdırıcı olmaqdan xilas edəcək.

Dizayner öz ənənəsinə sadiq qalaraq bu dəfə də modellərin maksimum qapalı olmasına çalışıb. Buna baxmayaraq, dizaynerin hər bir işi xanımları daha sirrli və ecazkar göstərir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm