Sudan ilhamlanan dizaynerin yeni kolleksiyası - Fotolar
Bizi izləyin

Tabloid.az

Sudan ilhamlanan dizaynerin yeni kolleksiyası - Fotolar

Sudan ilhamlanan dizaynerin yeni kolleksiyası

“Carolina Herrara” moda evi yeni kolleksiyasının yaradılmasında sudan ilham alıb. Dizayner suyun müxtəlif çalarlarını və təsvirlərini geyimlərində istifadə edib.

Su dalğası, su ləpəsi və su fırtınası ideyasını dizayner hər bir modelin köməyi ilə çatdırmağa çalışıb. Ümumiyyətlə, kolleksiyada rəng harmoniyası nəzərə alınıb. Yeni kolleksiya uyğun rəng çalarlarından ibarətdir.

Buz çalarlarından tutmuş okean dərinliyinə qədər suyun tünd tonlarından istifadə olunub. Kolleksiyanın əsas mövzusu təkcə rənglərdə deyil, həm detallarda, həm də rəsmlərdə öz əksini tapır. Axan siluetlər və dalğavarı büzmələr diqqət çəkir.

Kolleksiyadakı bu ab-havanı pozan qırmızı, bej və qara rənglərə də yer verilib. Paltolardakı dəyirmi çiyinlik dəbi isə bu fasonun gələn ildə ilə aktual olacağına işarə verir.

Tabloid.az yeni kolleksiyanı təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm