• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Tənbəllər üçün ən effektiv arıqlama üsulu - Resept

Tənbəllər üçün ən effektiv arıqlama üsulu - Resept

Bəzi insanlarda maddələr mübadiləsi anadangəlmə sürətli gedir. Lakin əfsuslar olsun ki, hamı bu xoşbəxtliyə sahib deyil. Müasir dövrdə əksəriyyət yaxşı formada görünmək üçün zərərli qidalardan imtina edir, saatlarla idman zalında məşq edirlər. Yaşlaşdıqca maddələr mübadiləsi zəifləyir və çəkiyə nəzarət etmək daha da çətinl

əşir. Tabloid.az belə insanlar üçün sadə içki reseptini təqdim edir:

Bu möcüzəli içki hətta kompüter arxasında və ya televizor qarşısında oturanda da təsirini göstərir. Təsadüfi deyil ki, bu metodu tənbəllər üçün ən effketli arıqlama metodu hesab edirlər.

Bu sadə reseptin sayəsində maddələr mübadiləsi sürətlənir və tədricən arıqlama prosesi gedir.

İnqrediyentlər:

2 çay qaşığı bal
1 çay qaşığı darçın
250 ml su.

Hazırlanma qaydası:

1.Suyu qaynadın.

2. Darçını qazana qoyub üzərinə qaynar su tökün. Qapağını bağlayın.

3. Soyuyanda bal əlavə edin. İsti suya heç vaxt bal tökməyin, çünki o öz faydalı maddələrini itirir.

4. Yatmazdan qabaq bu içkidən yarım stəkan için. Qapağını bağlayın, soyuducuda saxlayın. Səhəri gün yerdə qalan içkini isitmədən için.

Unutmayın ki, bu içkiyə yuxarıda adları qeyd olunan inqrediyentlərdən başqa heç nə əlavə etmək lazım deyil. Onu acqarnına qəbul etmək daha yaxşıdır.

Bu sadə içki metabolizmi sürətləndirməyə kömək edəcək. Əlbəttə, bu içki ilə aya bir-iki kiloqram arıqlamaq olar, daha yaxşı nəticə əldə etmək üçün mütəmadi olaraq idmanla məşğul olmaq və düzgün qidalanmaq lazımdır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR