Elşən ona asan başa gəlməyən yeni mahnısını təqdim edib - Audio
Bizi izləyin

Tabloid.az

Elşən ona asan başa gəlməyən yeni mahnısını təqdim edib - Audio

Müğənni Elşən Cəfərzadə yeni “Anla” adlanan mahnısını dinləyicilərə təqdim edib

Müğənni Elşən Cəfərzadə yeni “Anla” adlanan mahnısını dinləyicilərə təqdim edib. Mahnının hit olacağına əmin olan E.Cəfərzadə yeni işinin asan başa gəlmədiyini deyib: “Mahnını bir dəfə aranjeman etdirdim, lakin bəyənmədim. Sonra bir çox maraqlı işləri ilə tanınan aranjemançı Elvin Musayevə həvalə etdim. Mahnıdakı musiqi alətlərinin ifaçıları türkiyəli musiqiçilərdir. Həmin musiqiçilər Murat Boz, Gülşən kimi Türk ulduzları ilə çalışıb”.

“Anla”nın musiqisi bir çox sevilən mahnıların bəstəkarı Pərviz Mahmudova, sözləri Altay Yaşara məxsusdur. Kompozisiya bu gündən radio dalğalarında səslənəcək: “Pərviz xalq artisti Aygün Kazımova, Röya, Günay İbrahimli, Sevda Yəhyayeva kimi populyar müğənnilərlə işləyən bəstəkardır. “Anla” mənim onunla ikinci işbirliyimizdir. Bundan əvvəl Pərvizin bəstələdiyi “Sev demə” mahnısını ifa etmişəm. Mahnı qısa zamanda sevildi və indiyədək də radio dalğalarında ən çox istək alan mahnılardandır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm