“Oscar de la Renta” moda evinin yeni kolleksiyası - Fotolar
Bizi izləyin

Tabloid.az

“Oscar de la Renta” moda evinin yeni kolleksiyası - Fotolar

“Oscar de la Renta” moda evinin yeni kolleksiyası

Nyu-York moda həftəsi çərçivəsində səbirsizliklə gözlənilən “Oscar de la Renta” moda evinin yeni kolleksiyası nümayiş olunub.

Mərhum dizaynerin varisi Piter Koppinq çərşənbə axşamı Nyu-Yorkda moda həftəsi çərçivəsində ilk debütini edib. O, çıxışı zamanı bildirib: “Oskar de la Renta moda evinin kreativ direktoru seçildiyim üçün mən çox fəxr edirəm. Təəssüf ki, heç nə planlaşdırdığımız kimi getmədi və Oskar ilə işləmək imkanım olmadı.

Bu, mənim ilk kolleksiyamdır, onu Oskarın xatirəsinə ithaf edirəm. Həmçinin, yeni, uğurlu mərhələyə başlamağa ümid edirəm”.

Qeyd edək ki, Piter Koppinq “Nina Ricci” fransız moda evinin dizayneri olub.

Geyimlərdəki gül motivləri, xırda şriftlər, o cümlədən şüşə muncuqlar və donların ətəklərinə tikilmiş xəzlər, gözəl bəzək əşyaları diqqətəlayiqdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm