• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Hüseyn Məhəmmədoğlu Orxan Babazadəni məsxərəyə qoydu

Hüseyn Məhəmmədoğlu Orxan Babazadəni məsxərəyə qoydu

Deyəsən, qalmaqallı “Kimdir nömrə 1?” yarışması ətrafında növbəti qalmaqal yaşanacaq. Tabloid.az xəbər verir ki, bu dəfə qalmaqal edənlər realiti şounun iştirakçıları deyil, klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu və Orxan Babazadə olacaq.

Babazadənin yarışmada canlı mahnı ifa etməsi və ifasında xaric notların çoxluğu əksər dinləyiciləri qıcıqlandırdığı kimi musiqiçiləri də dilləndirib.

Yarışmanı izləyən Məhəmmədoğlu müğənnini məsxəyərə qoyub.

“Son məlumata görə, Əlibaba Məmmədov bir neçə dəqiqə bundan əvvəl ATV kanalında yayımlanan “Kimdir nömrə 1?” yarışmasında Orxanın ifasında öz bəstəsini dinləyib və komaya düşüb”.

Musiqiçi bu sözləri Tolikə həsr etsə də, nə prodüser, nə də müğənni hələ ki, Məhəmmədoğluna cavab verməyiblər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR