İlkin Həsəni polisə müraciət edəcək
Bizi izləyin

Tabloid.az

İlkin Həsəni polisə müraciət edəcək

İlkin Həsəni tanımadığı şəxsi polislə hədələdi

Teleaparıcı, “Bozbash Pictures” layihəsinin rəhbəri İlkin Həsəni bərk əsəbləşib. Tabloid.az xəbər verir ki, teleaparıcının özündən çıxmasına səbəb saxta istifadəçinin başqa məşhurlar kimi, onun da adından etdiyi paylaşımlardır. Bu barədə o, “Facebook” səhifəsində yazıb.

Teleaparıcının yazdığına görə, “İnstagram” bloqunda Şəhla İbrahimova adlı saxta istifadəçi onun və digər yerli məşhurların fotosunu və onlar barəsində yazı paylaşıb. İlkin Həsəni də həmin istifadəçinin şəxsi bloqunun “screen-shot”-unu paylaşaraq etirazını bildirib:

“Bir ilə yaxındır bu xəstənin yazdıqlarına dözürəm. Amma baxıram, mən susduqca, bu ağını çıxarır. Lütfən, bu anormal, psixi pozğunluğu olan Şəhla İbrahimovanı tanıyan varsa, onun valideynlərinə, qardaş-bacısına, nə bilim, yaxını, bir sözlə, kimi varsa, xəbər etsin. Gəlib, ona sahib çıxsınlar… Bu insanın işi-gücü məşhurların fotolarını paylaşaraq, ağlına və ağzına gələni yazmaqdır. İndi siz görün, vəziyyət nə həddə çatıb ki, mən belə bir status yazıram. Yenə də səslənirəm, bu qadın kimdirsə, ona sahib çıxsınlar. Əks halda, tezliklə onun qapısını polislər döyəcək…”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm