Rejissoru Natəvan Həbibidən üzr istəməyə nə məcbur elədi?
Bizi izləyin

Tabloid.az

Rejissoru Natəvan Həbibidən üzr istəməyə nə məcbur elədi?

Zöhrab Ağayevin üzrxahlığında deyil, 1 il əvvəl yazdığı xoşagəlməz ifadələrdə daha səmimi görünür

Rejissor Zorik (Zöhrab Ağayev) Natəvan Həbibidən üzr istəyib. Tabloid az xəbər verir ki, o, müğənniyə "erməni" dediyi üçün ondan üzr istəməli olub.

Xatırladaq ki, 1 il əvvəl prodüsser Tolik (Tarix Əliyev), xalq artisti Aygün Kazımova və rejissor Zorik (Zöhrab Ağayev) N.Həbibinin ünvanına ağır ifadələr işlətmişdilər. Onlar ifaçını "erməni" adlandırmışdılar. Bundan bərk qəzəblənən N.Həbibi isə ünvanına ağır ifadə işlədənləri Xəzər Rayon Məhkəməsinə vermiş və öz xeyrinə qərar çıxarılmasına nail olmuşdu.

Məhkəmə hökmünə əsasən, Tolik, Aygün Kazımova və Zorik ondan üzr istəməli idilər. Amma Toliklə A.Kazımova məhkəmə qərarı ilə razılaşmayaraq yuxarı instansiyalara müraciət ediblər. Zorik isə daha artıq müqavimət göstərməyərək işltdiyi ifadəyə görə xanım müğənnidən üzr istəyib. Lakin üzr etmək üçün seçdiyi ifadələrdən onun bunu məhkəmə qərarını yerinə yetirmək xatirinə yazdığını anlamaq çətin deyil:

“Məhkəmə araşdırması zamanı məlum oldu ki, Həbibova Natəvan Şamil qızı soykökü baxımından azərbaycanlıdır. Onun milliyətcə erməni olması bartədə tərəfimdən yayılmış məlumatlar yanlışdır. Şəxsin soykökü ilə bağlı yanlış məlumata və ona qarşı işlətdiyim təhqiramiz ifadələrimə görə Natəvan xanım Şamil qızından üzr istəyirəm. Mən məhkəmənin qərarı ilə razıyam. Onu da deyim ki, bu məhkəmənin ilkin qərarıdır. Bu qərarla tam razılaşdım. Nə Apellyasiya, nə də Ali Məhkəməyə müraciət etmədim. Axı düşmənçilik etmək nəyə lazımdır? Mən Natəvanla duz-çörək kəsmişəm, dost olmuşam. Allah şeytana lənət eləsin. Aygün Kazımova ilə Tolik məhkəmənin qərarı ilə razılaşmayıblar. Apellyasiya və Ali Məhkəməyə müraciət ediblər. Bu onların şəxsi işidir, qarışa bilmərəm. Düşünürəm ki, bu dövlətin vətəndaşıyıqsa, ölkə qanunları ilə hesablaşmalı və razılaşmalıyıq”.
Rejissorun Natəvanın ünvanına 1 il əvvəl yazdığı xoşagəlməz ifadələr isə daha səmimi görünür:
“Natəvan Həbibi, mən Zöhrab Ağayev söylədiyim hər sözümün üstündə dururam. Məhkəmədə də hər şeyi sənin üzünə deyəcəyəm. Məhkəmədə açılacaq sandıq, töküləcək pambıq yox, pambıqlar. Sənə heç sehirli xalatın belə kömək etməyəcək. Şokdayam, Türkmənistandan gələsən, mənim ölkəmdə ailənlə birlikdə 14 ildən çox qeydiyyatsız yaşayasan… Nəsli bilinməyən Akopyan! Bu gün məni, ölkənin baş prodüseri Toliki və xalq artisti Aygün Kazımovanı məhkəməyə verirsən. Bu artıq qudurğanlıqdır. Çox maraqlıdır, kimdir Natəvanın arxasında dayanan, ona dəstək olan?! Mən bütün arxivi qaldıracağam. Onunla 7 il işləmişəm, amma bir dəfə də görməmişəm ki, dövlətə vergi ödəsin. Akopyan, bütün bunların cavabını verəcəksən. 14 il ailənlə birlikdə ölkəmdə qeydiyyatsız yaşamısınız. Yaxşı ki, hüquq-mühafizə orqanları var. Natəvan, sən Aşqabad batan kimi batdın!”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm