İlqarə Kazımovanın qapalı tədbirindən - Fotosessiya
Bizi izləyin

Tabloid.az

İlqarə Kazımovanın qapalı tədbirindən - Fotosessiya

Tabloid.az eksklüziv fotoları təqdim edir.

Gənc müğənni İlqarə Kazımova ötən gün bütün media əhlini ətrafına toplayıb “Yenə yenə” adlı yeni mahnısını və ona çəkilən klipi təqdim edib.

Klip təqdimatından sonra müğənni paytaxtın elit məkanlarından birində dostları və məşhur simalar üçün də klip təqdimatı keçirib. Bu tədbir isə qapalı formada keçirilib.

Müğənninin ilk işini təbrik etmək üçün bir sıra tanınmış şəxslər gecə məclisinə təşrif buyurublar. Gələn qonaqlar isə gənc müğənni İlqarə Kazımovanı sanki gül yağışına tutdular.

Gecənin ən gözlənilən qonaqlarından biri də İlqarə Kazımovanın anası, xalq artisti Aygün Kazımova oldu.

Gecənin açılışını edən də elə İlqarə Kazımova özü oldu. Qonaqlarını salamlayan ifaçı daha sonra “Yenə yenə” mahnısını fortepianino müşaiyətində akapella ifa edib. Müğənninin ifası qonaqlar tərəfindən çox bəyənilib.

Tabloid.az gənc müğənni İlqarə Kazımovanın təşkil etdiyi qapalı məclisdən eksklüziv fotoları və yeni klipini təqdim edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm