Daban daşının faydaları
Bizi izləyin

Tabloid.az

Daban daşının faydaları

Daban daşının faydaları

Dəri gözəlliyi yaratmaq məqsədi ilə istifadə olunan daban daşı 100 faiz təbiətdən əldə edilən daşdır. Bəzi yerlərdə "süngər daşı" kimi də tanınır.

Vulkanik fəaliyyətlər nəticəsində yaranan pemza daşı, məsaməli quruluşa malik olub, suyu udmur və gigiyenikdir. Yüksək temperaturda əmələ gəldiyi üçün sağlamlığı riskə atan heç bir element və ya molekulyar quruluşu yoxdur. Çürümə xüsusiyyəti yoxdur, ağ və ya qara rəngdədir.

Daban daşı alarkən pemza daşından emal edilməsinə diqqət edilməlidir. Satılan daban daşlarının çoxu kanserogen kimi zərərli maddələr ehtiva edir. Bu baxımdan daban daşı alanda diqqətli olun.

Daban daşı ayaq, dirsək, diz, əl kimi üzvlərdə yığılmış ölü heyceyrələri təmizləyir. İstifadə etdikdə sərt hərəkətlərlə deyil, masaj edirmiş kimi yumşaq şəkildə və basmadan istifadə edilməlidir. Bu sayədə bədənin ölü dəri hüceyrələri təmizlənir və dərinin rahat nəfəs alması təmin olunur. Dərinin yumşaq və pambıq kimi olmasını təmin edir. İstifadə etməzdən öncə, isti suda saxlanılması faydalıdır.

Ayaqların dərisini yaxşı yumşaltdıqdan sonra dərini pemza ilə (daban daşı) sürtün. İlk dəfədən bütün ölü dərini təmizləməyə çalışmayın. Bunun üçün nəzərdə tutulmuş dəmir vasitələrdən istifadə etməyin - onlar dərini lazım olandan artıq "soyur" və bu vəziyyətin daha da ağırlaşmasına səbəb olur.

Pemza və ya daban daşının istifadəsi yalnız bədənimiz ilə məhdudlaşmır. Tikinti, elektronika, boya, mebel, metal və plastik, şüşə sektorunda, geyim sənayesi, kənd təsərrüfatı, kosmetik, sabun məhsulları, diş pastaları, diş təmizləmə tozunda və kremlərdə də pemza daşından geniş istifadə edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm