Beyonsun sızanaqlı şəkilləri şok yaratdı
Bizi izləyin

Tabloid.az

Beyonsun sızanaqlı şəkilləri şok yaratdı

Tabloid.az həmin şəkilləri təqdim edir

Dünyanın ən cazibədar xanımlarının siyahısında yer alan amerikalı müğənni Beyonsun fotoşopsuz şəkillərinin yayılması qalmaqal yaradıb. Müğənni internetdə yayılan şəkillərinə olduqca həssas yanaşır. Tabloid.az xarici mətbuata istinadən xəbər verir ki, hətta Beyons 2013-cü ildə “SuperKubok” idman yarışması zamanı səhnədən çəkilən uğursuz şəkillərinin beynəlxalq şəbəkədən silinməsi üçün əlindən gələni edib.

Bu dəfə isə xakerlər "L'Oreal" şirkətinin bazasını dağıdaraq 2013-cü ildə müğənninin şirkət reklamı üçün çəkilən şəkillərini fotoşopsuz versiyasını əldə edərək internetdə yayıblar.

Şəkillərdən də göründüyü kimi Beyons heç də qüsursuz və ideal bir simaya məxsus deyil. Hətta pop divanın sifətində sızanaq izləri belə var.

Şəkillər dərhal qoyulduğu saytdan silinsə də, onları əldə edən sosial şəbəkə istifadəçiləri durmadan müğənninin həmin şəkillərini paylaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm